Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103557

Düşmənin cəbhə xəttində fəallaşmasının -SƏBƏBI

Son günlər təmas xəttində düşmənin fəallaşması və aşkar formada təxribatlar törətməsi müşahidə edilməkdədir. Diqqətçəkicidir ki, bu kimi təxribatçı hərəkətlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri fonunda başlayıb və davam edir. Vasitəçilər Bakıda olarkən isə Ermənistanın yeni müdafiə naziri, yeni Baş Qərargah rəisi və prezident S.Sərkisyanın hərbi müşaviri nümayişkaranə şəkildə Xankəndində olmuş, separatçı rejimin rəhbəri ilə görüşmüşdülər.

“Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin son məlumatında deyilir. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Gözlənildiyi kimi, düşmən tərəf təxribat cəhdini təkzib edib. Ancaq fakt faktlığında qalır. Bütün bunlar şübhəsiz ki, işğalçı tərəfin sülh danışıqlarında maraqlı və həvəsli olmadığının, mövcud status-kvonun saxlamağa və vaxt udmağa çalışdığının təzahürüdür. Görünür, son zamanlar Rusiyadan bəzi silahlar alan təcavüzkar ölkə özünü yenə arxayın hiss etməyə başlayıb.

***
Bəs nizamlama prosesini sabotaj etməyə yönəlik bu kimi təxribatçı addımılar apreldəki kimi geniş miqyaslı hərbi toqquşmaya gətirib çıxara bilərmi?

“Yaxın günlərdə düşmən cəbhə boyu çoxsaylı təxribatlar törədilə bilər”. Bunu hərbi ekspert Uzeyir Cəfərov cəbhə xəttindəki son durumla bağlı söyləyib (Deyerler.org-a). Onun sözlərinə görə, erməni tərəfi əsgər ölümlərini pərdələmək üçün Azərbaycan tərəfinə maksimum zərbə vurmaq istiqamətində səy edir.
ce

“Ermənistanın yeni müdafiə nazirinin təyinatından sonra, belə bir təxribatların olacağı gözlənilən idi. Çox cavan və təcrübəsiz bir şəxsin Ermənistanın müdafiə naziri vəzifəsinə təyin edilməsi və ona baş qərərgah rəisi kimi separatçıların keçmiş ”müdafiə naziri” olmuş bir şəxsin təyin edilməsi bu cür təxribatın həyata keçirilə biləcəyi ehtimalını gücləndirirdi. Onlar bu təxribatlar vasitəsi ilə istəyirlər ki, Azərbaycan tərəfinin canlı qüvvəsini və texnikasını sıradan çıxartsınlar. Bununla da bir imic formalaşdırsınlar. Sabiq müdafiə nazirinin vaxtındakı əsgər ölümlərini pərdələmək üçün Azərbaycan tərəfinə maksimum zərbə vurmaq istiqamətində səy edirlər. Bu prosesə start verilib və yaxın günlərdə bu təxribatların sayı daha da artacaq”, – deyə Ü.Cəfərov qeyd edib.

Hərbi ekspert iki gün öncə Ermənistan parlamentində deputatların Müdafiə Nazirliyi ilə bağlı narahatedici fikirlər səsləndirməsinə də diqqət yönıldib: “Onlar bir çox problemlərin olmasını dilə gətiriblər. Müdafiə naziri də bu problemlərin olmasını etiraf etdi. Bu problemlərdən fikirləri uzaqlaşdırmaq üçün cəbhə bölgəsində təxribatı həyata keçirtməyə cəhd ediblər. Yaxın günlərdə bütün cəbhəboyu, o cümlədən Naxçıvan ərazisi istiqamətində də təxribatlar haqqında informasiyalar alacağıq. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi son dərəcə diqqətli olmalıdır. Döyüş bölgəsinə çoxsaylı snayperlər gətirilib. Eyni zamanda təxribatlar yarada biləcək çoxsaylı qruplar cəlb edilib. Yeni müdafiə naziri və baş qərərgah rəhbəri təyinatlarının təsadüfi olmamalarını təsdiq etmək üçün yaxın günlərdə aktiv fəaliyyətə başlayacaqlar. Hətta ola bilər ki, yaranan gərginliyin fonunda lokal xarakterli qarşıdurmalara da şahidlik edəcəyik”.

***

Təmas xəttində artan gərginlik əsas vasitəçi dövlət kimi Rusiyada da narahatlıq yaradıb. “Silahlı fəaliyyət konfliktin dinc yolla həllinə yardımçı ola bilməz”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə rəsmi Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətdə münaqişə zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib.

XİN yetkinlisi heç bir silahlı fəaliyyətin münaqişələrin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilmədiyini deyib: “Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir”.
ceee

Yada salaq ki, az öncə Rusiya XİN-in başçısı Sergey Lavrov və onun sözçüsü Mariya Zaxarova qardaş Türkiyənin Qarabağ probleminin yoluna qoyulmasında mühüm rol oynaya biləcəyini bildirmişdilər. Ankaranın nizamlama prosesinə qoşulması isə təcavüzkar tərəfi daima narahat edib. Ola bilsin, düşmənin cəbhə xəttində təxribatları artırması həm də Türkiyə amilinə özünəməxsus etiraz formasıdır. Yəni bununla düşmən tərəf – forpost Ermənistan öz dəyərini Rusiyaya bir daha göstərməyə çalışır.

***

İrəvanın narahatlığı əsassız deyil. Məsələ ondadır ki, son vaxtlar xüsusən də Türkiyə-Azərbaycan-Rusiya üçlü formatından çox danışılır. Bu formatın reallaşması isə ermənilərin ən qorxunc röyası olacaq. Ekspertlər o halda Qarabağ nizamlanmasının sürətlənə biləcəyini təxmin edirlər. Məsələn, politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyə-Azərbaycan-Rusiya üçlüyünə Moskva tərəfindən yaşıl işıq yandırılsa və müəyyən şərtlər yerinə yetirilsə, bölgədə status-kvo dəyişər və daha stabil bir dövr başlayar (Axar.az).
Sabiq dövlət müşaviri baş tutacağı təqdirdə bu üçlüyün ideal bir format olacağını deyib. “Bunun üçün Rusiyanın müəyyən güzəştlər etməsinə ehtiyac var. Bu formatda Rusiya Türkiyə üçün ticarət əlaqələri və bir sıra sahələrdə güzəştləri yenidən bərpa etməlidir. Azərbaycan üçün məsələ daha dərin və mürəkkəbdir. Söhbət ərazi bütövlüyümüzün təmin edilməsindən gedir. Rusiya bu məsələdə Ermənistana ciddi təsir göstərməlidir” – politoloq qeyd edib.

mnn
Onun sözlərinə görə, Kremlin işğalçı Ermənistanı silahlandırmaqla guya bölgədə hərbi balansın yaradılmasına xidmət etməsi ağlabatan deyil: “Bundansa Rusiya iki xalq arasındakı qonşuluq münasibətlərinin, iqtisadi, siyasi əlaqələrin yaranmasına yardımçı olmalıdır. Rusiyanın iki xalqın öz aralarında dil tapmasını bildirməsi də səmimi səslənmir. Heç kimə sirr deyil ki, Qarabağın taleyini, istəsə Rusiya həll edəcək. Mövcud status-kvo müharibə və iqtisadi itkilər deməkdir. Moskva məsələyə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində yanaşmalıdır”.

Politoloq Rusiyanın əhalisinin sayı getdikcə azalan və iqtisadiyyatı ölü vəziyyətdə olan Ermənistanla bölgədəki siyasi vəziyyətə uzun müddət nəzarət edə bilməyəcəyini də bildirib: “Ancaq Rusiya Azərbaycan üzərindən bütün strateji məqsədlərini həyata keçirə, Bakı ilə əlaqələrini müttəfiqlik səviyyəsinə qaldıra bilər. Bu, baş versə, Moskva beynəlxalq münasibətlərdə daha çox udacaq. Belə ki, Rusiya Qarabağ problemini həll edə və iki xalqı barışdırarsa, Türkiyə-Azərbaycan-Rusiya sazişini, yaxud da Azərbaycanın Avrasiya İttifaqına, lazım gələrsə, KTMT-yə qoşulması üçün lazım olan şərtləri yerinə yetirərsə, bütün bunlar Moskvanın siyasi perspektivlərinə çoxlu xallar gətirəcək”.

Q.Hüseynli həmçinin vurğulayıb ki, sözügedən ittifaq məsələsi Türkiyə tərəfindən səsləndirilsə də, Rusiya, hələ ki aktiv görünmür: “Türkiyə-Azərbaycan-Rusiya üçlüyünə Moskva tərəfindən yaşıl işıq yandırılsa və bunun üçün müəyyən şərtlər yerinə yetirilsə, bölgədə status-kvo dəyişə və daha stabil bir dövr başlaya bilər. Ermənilər isə bu sağlam yolla iqtisadi dirçəlişə nail ola, təcrid vəziyyətindən çıxa bilərlər”.
***
Təəssüflər olsun ki, Ermənistanın siyasi elitası, erməni toplumu hələ də müvəqqəti hərbi qələbənin eyforiyası ilə yaşayır, bundan qurtula bilmir. Qurtulsaydı, o zaman erməni xalqı üçün yeganə xilas formulunun – rifah, dinclik və inkişafın yeganə əsas şərtinin Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək olduğunu anlayar, prezident İlham Əliyevin təklif elədiyi muxtar respublika modeli ilə dərhal qane olardılar.(musavat.com)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Azərbaycan və Türkiyənin bir-birlərinin uğuruna ehtiyacı var”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: