Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Düşmənə sarsıdıcı zərbə: Azərbaycanın məxfi silahı bir avtobus dolu erməni könüllüsünü məhv etdi

rrAzərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün aprelin 4-də axşam “Yerkrapa” yarımhərbi təşkilatından olan erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib. Onun sözlərinə görə, insident cəbhə xəttinin şimal – Mardakert istiqamətində baş verib. Ovanisyan bildirib ki, könüllülər arasında tələfat var, lakin o hazırda ölənlərin dəqiq sayını deməkdən çəkinib.
Belə görünür ki, söhbət Azərbaycan ordusunun sərəncamında olan, bir neçə saat əvvəl Ağdərədə erməni hərbi qüvvələrinin cəmləşdiyi nöqtəyə zərbə endirən, İsrail istehsalı olan məxsi silah sistemi “Green Dragon”dan gedir. Və belə görünür ki, düşmən bu zərbələrdən doğrudan da başını itirib. Çünki indi ölüm onları hər yerdə haqlaya bilər, hətta cəbhə xəttinə çatmamış…
Rusiya KİV-in son məlumatına görə, zərbə nəticəsində azı 6 nəfər məhv edilib. Son məlumatlara görə Azərbaycanın pilotsuz uçan döyüş aparatının zərbə endirdiyi avtobusda Ermənistanın Sünik vilayətindən olan könüllü “Sünik batalyonu”nun yaraqlıları olub. Avtobusda habelə Ermənistanın iki kənd icma başçısı (“starosta”) gedirmiş. Ermənistan Müdafiə Nazirliyi 5 könüllünün öldüyünü təsdiq edir, lakin digər mənbələr avtobusda ölənlərin sayının daha çox olduğunu bildirir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

20 milyon manatlıq qaçaqmal aşkarlanıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: