“Düşmənin təxribatına cavab sərt olacaq” – Müdafiə Nazirliyi


Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin ittihamlarına münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, eməni tərəfinin Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.

“Bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır.

Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaq”, – məlumatda bildirilib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Türkiyənin iş dünyasından ilginc açıqlama: “Bakıda bizə icazə verən FETÖ-çü idi”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: