Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünyanın ən varlı ölkələrinin TOP-10-luğu

Sizə 2016-2017-ci il üçün dünyanın ən varlı 10 ölkəsinin siyahısını təqdim edirik:

 

Küveyt

Küveyt neft ixrac edən ölkələrdən biridir. Burada adambaşına düşən ümumdaxili məhsul (ÜDM) 70,785 dollardır.

Möhkəm, sabit iqtisadiyyat və davamlı siyasi vəziyyəti sayəsində Küveyt bu reytinqdə 10-cu yeri tutur.

 

İsveçrə

Siyahıda doqquzuncu yeri Avropa ölkəsi olan İsveçrə tutur.

O, dünyanın ən varlı ölkələrindən biri olmaqla yanaşı əhali arasında ən yüksək məmnunluq səviyyəsinə də malikdir.

Ən davamlı iqtisadi sistemə malik bu ölkənin gəlir mənbələri arasında bank yatırımları, turizm, kənd təsərrüfatı yer alır.

İsveçrə saat sənayesinin lideridir və ixrac həcminə görə dünyada 15-ci yeri tutur. Bu ölkədə adambaşına düşən ÜDM 53,977 dollar təşkil edir.

 

BƏƏ

Reytinqdə səkkizinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tutur.

Tapılan neft ehtiyatları 30 il ərzində səfalət içində yaşamış BƏƏ-ni dünyanın ən varlı ölkələrindən birinə çevirib.

Bundan başqa, BƏƏ gəlir vergisinin olmaması ilə əlaqədar xarici şirkətlər üçün cəlbedicidir. İqtisadiyyatın digər sektorlarının da (xüsusilə turizm və qaz hasilatı) əhəmiyyəti artmaqdadır. Burada adambaşına düşən ÜDM-in həcmi 63,181 dollardır.

 

ABŞ

ABŞ iqtisadiyyatı dünyanın ən nəhəng iqtisadiyyatıdır.

Böyük təbii sərvətlər ehtiyatına malik olan bu ölkə innovasiya texnologiyaları sahəsində ən güclü ölkələrdəndir.

Adambaşına düşən ÜDM 53,001 dollar təşkil edir. Bu, reytinqdə ən aşağı göstəricidir.

 

Bruney

Bruney uzun müddət böyük neft ehtiyatlarına malik olması ilə əlaqədar dünyanın ən varlı ölkələrindən hesab edilib. Bu ölkənin borcu yoxdur, əhalisinin sayı sə azdır. Bu da hər bir sakinin ölkənin sərvətində böyük paya malik olması deməkdir. Məhz bu səbəblə Bruney dünyanın ən varlı ölkələri siyahısına daxildir.

 

Honkonq

Honkonqun maliyyə rifahına təsir göstərən başlıca iqtisadiyyat sektorları maşınqayırma və turizmdir.

Honkonq biznes fəaliyyəti ilə məşğul olmaq baxımından cəlbedicidir. Ölkədə bizneslə məşğul olan vətəndaşlara xüsusi şərtlər təklif edən kifayət qədər sabit siyasi sistem mövcuddur.

 

Norveç

Norveçdə adambaşına düşən ÜDM səviyyəsi çox yüksəkdir: bu göstərici 64,363 dollar təşkil edir.

Əhalinin ümumi sayı 5,13 milyondur. Ölkə iqtisadiyyatı xüsusilə neft, qaz, balıq ehtiyatları, su enerjisi, içməli su və kənd təsərrüfatından asılıdır.

İqtisadi sistem davamlı və sabitdir. Bu isə Norveçə liderlər sırasında qalmaqda kömək edir.

 

Sinqapur

Dünyanın ən varlı 10 ölkəsi reytinqində üçüncü yeri Sinqapur tutur. Burada adambaşına düşən ÜDM 78,762 dollardır. Ölkədə turizm, bank sahəsi və istehsala köklənmiş kifayət qədər effektiv iqtisadi sistem mövcuddur.

 

Lüksemburq

Lüksemburqda adambaşına düşən ÜDM təxminən 90,333 dollar təşkil edir. Reytinqdə ikinci pilləni tutan bu ölkənin çiçəklənməsinə mövcud proqressiv və sabit iqtisadiyyat yardımçı olur. Daimi karyera artımı, sakit iş rejimi və son dərəcə aşağı işsizlik səviyyəsi ölkənin artıq bir neçə ildir ki, reytinqdə yuxarı yerlərdə qərarlaşmasına səbəb olur.

Burada aşağı olan vergi səviyyəsi biznes üçün cəlbedicidir. Lüksemburq əhalisinin sayı təxminən 549,680 nəfərdir.

 

Qətər

Qətərdə adambaşına düşən ÜDM həcmi 145,894 dollardır və bu göstərici onu reytinqimizin şəksiz lideri edir.

Ölkə böyük neft və təbii qaz ehtiyatlarına malikdir. Onun gəliri əsasən bu təbii sərvətlərin hasilatından asılıdır.

Qətər iqtisadiyyatında başlıca yeri muncuq istehsalı, bank sektoru, nəqliyyat biznesi tutur (söhbət “Qətər Hava Yolları”ndan gedir).

Mövcud sistemi qurmaq üçün əmir ailəsi gəlir vergisini ləğv edib.

Qətər dünya iqtisadiyyatının lideri olan ABŞ-la bir sıra birgə layihələr həyata keçirir.

SalamNews

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyəli məşhur aktrisa bu gün dəfn olunacaq

%d bloqqer bunu bəyənir: