Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünyanın ən varlı futbolçuları

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən varlı futbolçularının adlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, siyahıya Madrid “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo başçılıq edir.

Onun illik gəliri 82 milyon dollar təşkil edir. “Barselona”nın argentinalı hücumçusu Lionel Messi ikinci (77 milyon dollar), PSJ-nin futbolçusu Zlatan İbrahimoviç isə üçüncü (37 milyon dollar) olub.

İlk onluqda həmçinin Neymar (“Barselona”), Qaret Beyl (“Real” Madrid), Ueyn Runi (“Mançester Yunayted”), Serxio Aquero (“Mançester Siti”), Luis Suares (“Barselona”), Eden Azar (“Çelsi”) və Sesk Fabreqas (“Çelsi”) yer alıb.

Ueyn Runi

Ueyn Runi

Dünyanın 20 ən varlı futbolçularının siyahısı belədir:

1. Kriştiano Ronaldo (“Real”) –  82 milyon dollar
2. Lionel Messi (“Barselona”) – 77 milyon
3. Zlatan İbrahimoviç (PSJ) – 37 milyon dollar
4. Neymar (“Barselona”) – 36 milyon dollar
5. Qaret Beyl (“Real”) – 34 milyon dollar
6. Ueyn Runi (“Mançester Yunayted”) – 26 milyon dollar
7. Serxio Aquero (“Mançester Siti”) – 24 milyon dollar
8. Luis Suares (“Barselona”) – 23 milyon dollar
9. Eden Azar (“Çelsi”) – 22 milyon dollar
10. Sesk Fabreqas (“Çelsi”) – 21 milyon dollar

11. Xames Rodriqes (“Real”) – 21 milyon dollar
12. Yaya Ture (“Mançester Siti”) – 20 milyon dollar
13. Radamel Falkao (“Çelsi”) – 19 milyon dollar
14. Tiaqo Silva (PSJ) – 18 milyon dollar
15. Məsut Özil (“Arsenal”) – 18 milyon dollar
16. Bastian Şvaynştayqer (“Mançester Yunayted”) – 18 milyon dollar
17. Anxel di Mariya (PSJ) – 18 milyon dollar
18. Robin van Persi (“Fənərbaxça”)– 17 milyon dollar
19. David Silva (“Mançester Siti”) – 17 milyon dollar
20. Samir Nasri (“Mançester Siti”) – 15 milyon dollar

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Tarixdə ilk dəfə qadın FİFA-nın baş katibi seçilib

%d bloqqer bunu bəyənir: