Loading...
Loading...

Dünyanın ən bahalı pendiri eşşək südündən hazırlanır – Cinsəl gücü artırır, yaşlanmanın qarşısın alır

Serbiyada eşşək südündən hazırlanan və yaşlanmanı gecikdirdiyinə, cinsəl gücü artırdığına inanılan pendir dünyanın ən bahalı pendiri sayılır.

Cumhuriyyet.az BBC-yə istinadən xəbər verir ki, Belqradın 90 km şimal-qərbində yerləşən Zasaviça təbiət parkı eşşək südü və bu süddən hazırlanan pendiri ilə məşhurdur. Bir zamanlar Serb tenisçi Novak Cokoviçin öz restoranları üçün bu bölgədəki bütün pendir səhimlərini satın aldığı şayələri üzə çıxdığında Zasaviça dünyanın marağına səbəb olmuş, ancaq sonra bu şayələrin yalan olduğu məlum olmuşdu.

 

Keçmiş millətvəkili Slobodan Simiç əvvəllər bataqlıq olan bu ərazini 1997-ci ildə təbiət parkına çevirmişdi. Üç il sonra yaxınlıqdakı qəsəbədə işə yaramayan eşşəklərə pis davranıldığını görən deputat onları Zasaviçaya topladı. Hazırda çox saylı eşşəyin var olduğu bölgədə eyni zamanda donuz, inək, qunduz kimi heyvanları da görmək olar.

Eşek sütü peyniri ile keçi peyniri

 

Magarica adlanan dişi eşşəklər gündə bir su fincanı qədər süd verir.

 

Vitamin və mineral cəhətdən zəngin olan bu südün yaşlanmanı gecikdirdiyinə inanırlar və qədimdən Balkanlarda imuniteti gücləndirmək üçün istifadə olunur. Əfsanəyə görə Kleopatra bu südlə vanna qəbul edibmiş. Südün həmdə cinsəl gücü artırdığına inanırlar.

 

Simiç bir neçə il öncə eşşək südündən pendir düzəltmək fikrini genişləndirdi. Daha öncə heç kim belə bir şey etmədiyi üçün təcrübələr aparılmış və bir süd mütəxəssisinin köməyinə ehdiyac duyulmuşdur. Eşşək südü pendir düzəltmək üçün yetərli qədər kaseyinə sahib olmadığından ona biraz keçi südü qatılır. Sonda 60%-ı eşşək, 40%-ı keçi südündən ibarət olan qarışığın patenti alınmışdır.

doğa parkı

 

Amma daha öncə eşşək südü heç istifadə olunmadığına və pastelizə edilməmiş südə aid tənzimləmələr oladığına görə Zasaviçadakı istehsal dayandırılmışdır.

 

Amma bəzi kiçik istehsalçılar az miqdarda pastelizə edilmiş südlə istehsala davam etmişdilər.

Vukadinović eşeklerden birini besliyor

Eşşək südü pendirinin tam olaraq necə hazırlanması gizli saxlanılır. Zasaviçada eşşək südündən həm də kosmetik vasitələr, sabun və yaşlanmaya qarşı kremlər hazırlanır və satılır. Bunlar yağ asitləri və A vitamini baxımından zəngin olur.

 

Zasaviça 2013 və 2014-cü illərdə Avropanın ən yaxşı yüz düşərgəsi sırasında olub.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ankara: Türkiyənin Suriyadakı addımlarına dair ABŞ-ın bəyanatları yolverilməzdi

%d bloqqer bunu bəyənir: