Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünyanı şoka salan irqçi hərəkət

İngiltərədə irqçi siyasətçi kimi tanınan Paul Qoldinq Londonun yeni seçilən Pakistan əsilli meri Sadiq Xan kürsüdə çıxış edərkən ona kürəyini çevirib.

Axar.az xəbər verir ki, müsəlman mer qələbə çıxışına başladığı an Qoldinq məğlubiyyətə dözümsüzlük göstərərək bu hərəkəti edib.

Məlumata görə, irqçi siyasətçinin bu hərəkəti kəskin tənqidlərə səbəb olub.

Qoldinq etdiyi hərəkətə belə bəraət qazandırıb:

“Mən irqçilik etmədim. Kürəyimi çevirməyimin səbəbi onun asiyalı olması deyil. O, çox alçaq insandır”.

Qeyd edək ki, dünən Leyboristlər Partiyasının üzvü Sadiq Xan Böyük Britaniyanın paytaxtı London şəhərinin meri seçilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərəbistan kralı neft nazirini işdən çıxardı

%d bloqqer bunu bəyənir: