Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünyanı heyrətə gətirən rus helikopteri – Video

Rusiya dünyanın ən sürətli döyüş helikopterini hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Rusiya Helikopterləri” şirkətinin direktor müavini Andrey Şibitov məlumat verib.

Onun sözlərinə görə, 400-450 km/saat sürətlə uçan döyüş helikopterinin iyunda ilk sınağı keçiriləcək.

“Hazırda ən yaxşı helikopter 300 km/saat sürətlə uçur. Biz bunu 50% artırmaq niyyətindəyik. Hədəfimiz helikopter sürətini 500 km/saata çatdırmaqdır”, – şirkət nümayəndəsi qeyd edib.

Yeni helikopterlərin istehsalına 2022-ci ildən başlanacağı gözlənilir.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Putin Roqozinə irad tutdu – “Qalstukunu düzəlt” (Video)

%d bloqqer bunu bəyənir: