Loading...
Loading...
azad

“Dünyada NATO standartına tam cavab verən ordu yoxdur”

Azad İsazadə: “Söhbət bu standartlara nisbətən uyğunlaşmaqdan gedə bilər”

“Bu gün dünyada praktiki olaraq tam şəkildə NATO standartlarına uyğun orduya rast gəlmək mümkün deyil”.
Bunu 24saat.org-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib. Bu standartların olduqca geniş bir anlayış olduğuna diqqət çəkən ekspert, bütün bu standartların hamısının bir orduda mövcudluğunun müşkül olduğunu qeyd edib:
“NATO standartları çox geniş bir anlayışdır. Şəxsən mən bu standartları axıracan bilmirəm. NATO-nin mərkəzi qərargahının zabitləri gülərək bildirirlər ki, bu standartlar təxminən 300 cilddən ibarət sənədlərdir. Odur ki, söhbət həmişə bu standartlara nisbətən uyğunlaşmaqdan gedir. Yəni söhbət formadan, silahlardan, kalibrlərdən, sursatlardan və bu kimi bir çox şeydən gedir. Sadəcə, hansısa NATO standartlarını götürüb orduda tətbiq eləmək olar.
Ukrayna və digər sovet dövlətlərinin orduları silah, kalibr və digər göstəricilərinə görə Rusiya ordusu ilə eynidir. NATO standartlarına keçmək istəyən ölkə öz silahını tamamilə dəyişməlidir. Bunu vaxtilə Polşa, Çexiya, Pribaltika edib. Lakin qeyd etdiyim kimi, bu standartların hamısını tam olaraq özündə birləşdirən ordu yoxdur”.

Seymur Əliyev

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyədən inanılmaz əməliyyat: 200 ölü

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: