Loading...
Loading...
sarj.jpg

Dünyada ilk dəfə: 1.5 km məsafədən şarj

Günümüzdə hansısa cihazı şarj etmək üçün iki üsuldan istifadə olunur.

Birinci üsul şarj üçün nəzərdə tutulmuş naqili cihaza taxmaq, ikinci üsul isə cihazı xüsusi kiçik şarj stansiyasının üzərinə yerləşdirməkdən ibarətdir. Lakin hal-hazırda müxtəlif şirkətlər enerjinin hava üzərindən ötürülməsi texnologiyası üzərində çalışırlar. Bu istiqamətdə həmçinin rusiyalı alimlər də müəyyən işlər görürlər. “Energiya” adlı kosmik-raket şirkətinin mütəxəssislər dünyada ilk dəfə olaraq 1.5 km uzaqlıqda yerləşmiş mobil telefonu enerji ilə təmin ediblər. “Technote.az”ın “4pda.ru”a istinadən verdiyi xəbərə əsasən enerji lazer şüası vasitəsilə ötürülmüşdür. Şirkətin binalarından birinin ən yüksək yerinə lazer qurğusu quraşdırılmışdır. Həmin lazer qurğusu isə 1.5 km uzaqlıqda digər binanın yüksək yerində yerləşmiş və diametri 10 sm olan ötürücüyə lazer şüası ötürmüşdür.

Həmin ötürücü öz növbəsində şüanı qəbul edərək onu elektrik enerjisinə çevirmişdir. Bütün bunlar adi mobil telefona qoşulmuşdur. Siqnalın ötürülməsindən sonra mobil telefon enerji yığmağa başlayıb. Mobil telefonun tam şarj olunmasına 1 saat vaxt lazım olub. Lakin telefonun markası və onun batareyasının enerji tutumu barəsində mütəxəssislər heç bir məlumat verməyiblər. Başa düşmək lazımdır ki, mobil telefon sadəcə olaraq təcrübə üçün seçilmişdir. Alimlərin yekun məqsədi bu tenologiyadan kosmosda istifadə etməkdir. Gələcəkdə onlar bu üsulla BKS-dən (Beynəlxalq Kosik Stansiya) “Proqress” adlı yük gəmisinə enerji ötürməyi planlaşdırırlar. İlk öncə isə alimlər pilotsuz uçuş aparatlarında təcrübələr aparacaqlar.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Tələbə yataqxanasından qız qaçıran sılahlı şəxs tutuldu -Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: