Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünyada heç bir münaqişəyə cəlb olunmamış cəmi 10 ölkə var

Qlobal sülhsevərlilik indeksinin 2016-cı il buraxılışında verilən məlumata görə, dünyaca cəmi 10 ölkə hər hansı münaqişədən azad hesab edilə bilər.

Virtualaz.org Britaniyanın “İndependent” nəşrinə istinadən xəbər verir ki, bu gün həm daxili, həm də xarici münaqişələrdən tamamilə azad olan ölkələr aşağıdakılardır: Botsana, Çili, Kosta-Rika, Yaponiya, Mavriki, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnam.

Mənbəyə görə, son 1 il ərzində 80 ölkədə münaqişələrlər bağlı vəziyyət yaxşılaşsa da, 79 ölkədə pisləşməyə doğru dəyişib. Təxminən 40 ölkədə siyasi tarazlıq pozulub. Braziliya münaqişələrdən azad ölkələrin siyahısından çıxıb.

Hesabata əsasən, dünyada ən sülhsevər ölkə İslandiyadır. Onun ardınca siyahıda Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya gəlir. Sülhlə bağlı ən pis vəziyyət isə Suriyadadır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə Ermənistanı 1915-ci ilin hadisələrini araşdırmağa çağırıb

%d bloqqer bunu bəyənir: