Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya ulduzlarının dincəldiyi yerlər – SİYAHI

Yayda bir çox məşhurlar sosial şəbəkələrdə məzuniyyət fotolarını paylaşır, səyahət marşrutlarını öz pərəstişkarları ilə bölüşürlər. Bəs bu il onlar hansı istiqamətləri seçiblər?
İpanema, Rio-de-Janeyroda
Rio-de-Janeyroda Yay Olimpiya oyunları hələ başlamasa da, İrina Şeyk, Madonna, Cerard Batler, Penelopa Krus və Xavyer Bardem artıq İpanema sahillərində istirahət planlarını qururlar. Frenk Sinatranın “Girl from Ipanema” mahnısında haqqında oxuduğu bu Braziliya sahili prestijli və sakit yerdir.
Sen-Trope, Fransa
Lacivərd sahildə istirahəti Sindi Krouford, Tom Kruz, Rihanna, Ketrin Zeta-Cons, Cek Nikolson, Ancelina Coli və Pi Diddi seçirlər. Onlara əsasən, “Club 55″də keçirilən partilərdə rast gəlmək olar. Sen-Trope 1955-ci ildə işıq üzü görən, baş rolda Bricit Bardonun çəkildiyi “Və Tanrı qadını yaratdı” filmindən sonra məşhurlaşıb. Film mükafat almasa da, lacivərd sahillərə böyük populyarlıq gətirdi.
Bondi Beach, Sidney
Cənub yarımkürəsinin ən məşhur yerlərindən biri və Sidneyin kult çimərliklərindən biridir. Gündüz burada sahildə istirahət edən Leonardo Di Kaprioya və Hyu Cekmana, gecələr isə klublarda əylənən Nikol Riçi ilə Peris Hiltona rast gəlmək olar.
Anqilya adası
Bu ecazkar adanın sahillərində Uma Turman, Pol Makkartni, Corc Maykl, Liam Nison, Selena Qomes və Maykl Cey Foks istirahət edirlər. Yaxta gəzintisi, dayvinq, eləcə də lyuks otellərdə istirahət dünya ulduzlarını bura cəlb edir.
South Beach, Mayami
Mayamidə tətil zamanı bütün məşhurların qonağı olmaq olar. Mett Deymon, İqqi Pop, Kelvin Klyayn, Xulio İqlesias, Silvestr Stallone, Anna Kurnikova və onlarla musiqiçi, idmançı və aktyor məhz burada yaşayır.
Məşhurlarla nahar və şam yeməyini Denni de Vitoya aid olan De Vito South Beach italyan restoranında, Qloriya Estefan və onun ərinə məxsus Larios On The Beach Kuba restoranında və sahiblərindən birinin Robert De Niro olduğu məşhur Nobu restoranında bölüşmək olar.
Komo gölü, İtaliya
İtaliyanın və dünyanın ən gözəl göllərindən biri Qven Stefaninin “Cool” klipinin və “Kazino Royal” filminin son səhnəsinin çəkiliş yeri olub. 18-ci əsrə aid italyan villasında Corc Kluni, Mett Deymon və Bred Pittlə qonşuluqda istirahət etmək olar.
Amalfi, İtaliya
Sıldırım qayalarla əhatə olunmuş Amalfi sahilinin havası zeytun və üzüm ağaclarının ətirləri ilə dolub, dənizə mənzərəsi açılan otel və restoranlarda isə bohema, aristokratiya və şou-biznes nümayəndələri olur. Hotel Santa Caterina-da “Mister və Missis Smit” filminin səhnələri çəkilib. Məhz burada baş rolların ifaçıları Ancelina Coli və Bred Pittin sevgi hekayəsi başlayıb.
Bora-Bora, Fransız Polineziyası
Bora-Bora Fransız Polineziyasının əsas kurortudur. Bu, Sen-Tropenin yerli analoqudur. Suda yerləşən villaları Nikol Kidman, Yeva Lonqoriya və Şarliz Yeron kirayələyir. Bora-Boradakı əyləncələrdən – skat və köpək balıqlarının yemlənməsi, sualtı üzmə və üzmə, şopinq və s. nümunələri gətirmək olar. Ada kokos yağı və əl ilə işlənmiş pareoda ixtisaslaşır.
Maldiv adaları
Maldiv adalarındakı beşulduzlu kurort otellərin xidmətini Keyt Moss, Penelopa Krus, Yeva Lonqoriya və Cud Lou qiymətləndirib. Ulduzlar qastronomik restoranlarda şam edir, qolf oynayır, submarinalarda okeanın dərinliklərinə gedir və sualtı gecə klublarında kokteyllər içir.(seyyah.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ərəb şahzadəsi qızlarla birgə istirahətdə – FOTOLAR

%d bloqqer bunu bəyənir: