Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
105238

Dünya üçün Donald Tramp sürprizi – “Soyuq müharibə” bitdimi?

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasının namizədi Hillari Klintona qalib gəldi. Dünyanın əksər dövlətləri xanım Klintonu təbrikə hazırlaşdığı halda, onun rəqibi sürpriz edərək Ağ Evin sahibi oldu. Lakin artıq bu nəticə keçmişdə qalıb və ameriklıların iradəsi ilə hesablaşmağın alternativi yoxdur. Odur ki, dünənə qədər Trampla bağlı fərqli mövqeyi olan ölkələr də siyasətinə operativ korrektələr edərək 2017-ci ilin 20 yanvarındakı inauqurasiyasından sonra vəzifəsinin icrasına başlayacaq yeni liderlə işləməyə qərarlıdır.

Azərbaycan isə hətta onun bədxahlarının da etiraf etdiyi kimi, Trampla köhnədən işgüzar əlaqələri olan ölkələr sırasındadır. Bu mənada Bakı ilə Vaşinqton arasında problemlərin yaranacağı ehtimal olunmur. Azərbaycan rəsmilərinin son açıqlamaları da bu yanaşmanı təsdiqləyir.
“Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: “Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki, Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk Qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”.
“ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları – Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu”. Bunu isə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter-dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, tərəfdarlardan biri – “Azərbaycanda demokratiya üzrə Akt”la məşhur olmuş Cozef Hek də məğlub olanlar arasındadır.
Dünyanın Tramp sürprizi barədə müxtəlif yanaşmalar var.
Image result for Ümid Partiyasının sədri İqbal Ağazadə
Ümid Partiyasının sədri İqbal Ağazadə də “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, Trampın sürpriz olduğunu etiraf etməliyik: “Çünki beynəlxalq və Amerika sorğu mərkəzlərinin hamısı Trampın uduzacağını proqnozlaşdırırdı. Biz də həm onlardan, həm özümüzün yanaşmamızdan bu qənaətə gəlirdik ki, Hillari Klinton udacaq. Amma Tramp qalib gəldi. Trampın qalib gəlməsinin bir neçə səbəbi var. Birinci səbəb odur ki, biz və ekspertlər yerli əhalinin miqrantlara münasibətini düzgün ölçməmişdi. Bu düzgün ölçülməmənin nəticəsində yerli əhali miqrantlara qarşı sərt siyasəti daha doğru hesab edib Trampa doğru meyllənmişdi. İkincisi, Hillari Klinton həm Bill Klintonun yükünü, həm demokratların prezident olmaq uğrunda Obama ilə mübarizədə uduzmağın yükünü birlikdə daşıyırdı. O, uzun müddət idi siyasətdəydi. Görünür, Amerika siyasəti bunu o qədər də isti qəbul etmədi və məğlub oldu. Üçüncüsü, görünür, münaqişələr, kataklizmlər, qarşıdurmalar nə qədər uzaq olsa da,  Amerika xalqını da narahat edib və daha sakit, Amerikanın özünə xərclənən bir siyasətin tərəfindədirlər. Ona görə də Tramp qalib gəldi. Onun Rusiya, İranla münasibətləri normallaşdıracağı, Amerikanın daha çox öz problemləri ilə məşğul olacağı, investisiya qoyulacağı, yeni şirkətlərin ölkəyə gətiriləcəyi kimi bəyanatları ciddi maraq doğurmuşdu”.
Bununla belə, İ.Ağazadə hesab etmir ki, Trampın iş adamı olması onun aktivinə işlədi: “Amerika üçün onun iş adamı olmasının heç bir əhəmiyyəti yoxdur.  Yəni iş adamı olması ciddi faktor deyil”. Ümid sədri yeni prezidentin oliqarxiya tərəfindən dəstəkləndiyi üçün qalib gəldiyi barədə yanaşmaları da qəbul etmir: “Mənim düşüncəmə görə, burada seçici və vədlər rol oynadı. Baxmayaraq ki, aqressiv idi, mesajları, ritorikası sərt idi. Təəssüf doğuran bu idi ki, bu sərtlik müqabilində belə seçilirsə, demək, Amerikanın içərisində də yanaşmalarda fərqlər meydana çıxıb”.
İ.Ağazadə ABŞ-ın ənənəvi siyasətinin dəyişəcəyi barədə qəti fikir söyləməyin tez olduğunu düşünür: “Əgər deyilən vədlər doğru olacaqsa, postsovet ölkələri üçün çətin olacaq. Çünki postsovet ölkələri bilavasitə indiyədək Rusiyanın nəzarətində olmuş ölkələrdir. Əgər Rusiya ilə hər hansı bir danışıq masası arxasında açıq və ya gizli sülh yolları, münasibətlərdə istiliyin yolları aranacaqsa, Rusiyanın irəli sürəcəyi birinci şərt postsovet ölkələri, Ukrayna, Gürcüstan, Azərbaycan və digərləri ilə bağlı olacaq”. Amma Ümid sədri hesab etmir ki, ABŞ-Rusiya barışığı SSRİ-nin bərpasına razılıq verilməsi ilə sonuclana bilər: “Əgər razılığa gəlsələr, Amerikanın Putinin qarşısında qoya biləcəyi ən böyük şərt yeni birlik modelinin yaranmamasıdır. Əmin edirəm ki, münasibətlər normallaşsa, Putin Avrasiya İttifaqından imtina edəcək. Çünki Amerika yeni SSRİ-nin yaradılmasını heç bir halda müsbət qarşılamayacaq. Digər məsələlərdə güzəştə gedəcəksə, burada hökmən daha sərt mövqe nümayiş  etdirəcək”.
Image result for Gülağa Aslanlı
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı modern.az-a bildirib ki, Trampın prezident seçilməsi Amerika xalqının seçimidir: “Amerikada prezident ölkəni qanunlarla idarə edir. Həmin qanunlar da Amerika xalqına xidmət edir. Kənar məsələlərdə isə bir prezidentin etdiyi digərininkindən cüzi fərqlənir. Mən ona görə də Azərbaycana qarşı, problemlərini həll etmək istiqamətində hər hansı bir addımın atılacağını düşünmədiyim kimi əleyhinə də hər hansı addımların atılacağı haqqında fikir deyə bilmərəm”.
Image result for Əli Orucov
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə,  Trampın prezident seçilməsi demokratiyanın qələbəsidir: “Bu amerikalıların öz seçimidir”.
Image result for müavini Gözəl Bayramova
AXCP sədrinin müavini Gözəl Bayramova deyib ki, Trampın prezident seçilməsini Amerika xalqının iradəsi kimi dəyərləndirir: “Çünki Amerikada demokratik cəmiyyət formalaşıb. Uzun müddət demokratik seçki ənənəsi var. Bu Amerika xalqının öz daxili işidir. Trampı prezident seçməklə isə bütün dünyaya demokratik seçki prosesini nümayiş etdirdilər”.
Image result for ADP sədri Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu ABŞ-da keçirilmiş prezident seçkisinin əvvəlki seçkilər kimi namizədlər arasında çox da böyük fərq ortaya qoymadığını qeyd edib: “Tramp cüzi bir faizlə Klintona qalib gələ bildi. Bu da onu göstərir ki, Tramp seçki öncəsi verdiyi sözləri yerinə yetirə bilməz. Çünki əhalinin böyük çoxluğunun səsini toplamayıb. ABŞ prezidentləri dövlətin maraqlarına tabedir. Ona görə də seçkidən qabaq müəyyən vədlər verə bilərdi. İndi isə prezident kimi ABŞ-ı təmsil edir”.
Seçkilərə qədər hətta qarşılıqlı nüvə təhdidləri ilə baş-başa gələn ABŞ-Rusiya münasibətlərinin Trampın qələbəsindən sonra nizamlanacağı da güman olunur. Prezident Putinin Trampı məxsusi təbrik etməsi, Moskvadakı ziyafət mərasimi və s. amillər iki dünya gücü arasındakı “soyuq müharibə”nin arxada qaldığı haqda rəy yaradır.
Image result for Arzu Nağıyev
Politoloq Arzu Nağıyev bu barədə bildirdi ki, Trampın qələbəsi xarici siyasət üzərində qurulmayıb, əsasən daxili siyasətə və daha doğrusu, iqtisadi məsələlərin həllinə yönəlib: “Buna görə də tezliklə xarici siyasətdə, o cümlədən Rusiyaya münasibətdə dəyişikliklərin olacağı inandırıcı görünmür. Trampın sanksiyalara yenidən baxması və ya Yaxın Şərq, Ukrayna, Rusiya, Qafqaz, Əfqanıstan siyasətində tezliklə dəyişikliklər etməsi mümkün deyil. Yəqin ki, ilk öncə xarici siyasətdə kadr məsələlərinə baxılacaq. Həm də unutmaq olmaz ki, demokratlar gələn ilin fevralına qədər hakimiyyətdədir”.
Siyasi şərhçi əmindir ki, Tramp eyni zamanda həm “radikal islam”la, həm də Rusiya ilə mübarizə apara bilməz: “Seçim etmək imkanı da məhduddur,vaxt isə bunu tələb edir. Məlumdur ki, Klinton anti-Rusiya təbliğatının ən yüksək nöqtəsində durdu, Tramp isə bunun əksinə gedib istifadə etdi. Bir sözlə, Rusiyanın Trampla bağlı istəklərinin tezliklə həyata keçirilməsi inandırıcı deyil”.(musavat.com)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rusiya nümayəndələri Trampın kampaniya üzvləri ilə görüşdüyünü iddia edir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: