Loading...
Loading...

Dünya ticarət qaydalarını ABŞ diktə etməlidir – Barak Obama

Barak Obama bəyan edib ki, bütün dünya üzrə ticarət qaydalarını müəyyən etmək üçün ABŞ Transsakitokean əməkdaşlığı üzrə müqavilə bağlamaq lazımdır.

Avropa.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazır. Müqavilənin bağlanması ABŞ istehlak bazarlarını genişləndirmək, istehsalı artırmaq, daha çox iş yeri açmaq imkanları verəcək.

Obama əmindir ki, ABŞ dünya iqtisadiyyatının qaydalarını diktə etməlidir.

“Başqa ölkələr yalnız Amerika və partnyorları tərəfindən qoyulan qaydalara görə oynamalıdır” – Obama belə deyib.

ABŞ prezidenti əmindir ki, dünya qaydalarını Çin diktə etməməlidir.

Transsakitokean əməkdaşlığı təşkilatı Asiya-Sakit okean regionunda ticarət zonası yaradacaq beynəlxalq iqtisadi təşkilatdır. ABŞ bağlanacaq müqaviləni Çin və Rusiya ilə müzakirə etməyib

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Rus polisi azərbaycanlı ailəni təhdid edir

%d bloqqer bunu bəyənir: