Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Dünya neftin qiymətinin 100 dollara çatmasını gözləməsin”

Bunu “Petroleum World” energetika agentliyinin rəhbəri, neft sektoru üzrə analitik Elio Oep (Elio Ohep) “Ria Novosti”yə verdiyi açıqlamasına bildirib.

O, iyunun 2-də OPEC-in Vyanada keçiriləcək sammiti öncəsi deyib ki, dünya neft hasilatında gözlənilməyən qlobal problem yaranmasa, hazırkı tələb səviyyəsini nəzərə alaraq neftin qiyməti 100 dollar/barelə çatmayacaq.

E.Oep qeyd edib ki, Kanadadakı yanğınlar, Liviyada hasilatla bağlı problemlər müvəqqətidir. İraq, İran və digər ölkələrin hasilatı artırmağa davam etməsi neft qiymətlərinin yüksəlişini əngəlləyir.

Onun fikrincə, hazırda neft bazarı ilə bağlı proqnoz vermək çətindir.

Nigeriya, Kanada, Kolumbiya, Venesuela, Ekvador, Liviya kimi ölkələrdə hasilatla bağlı problemlərə Yaxın Şərqdəki münaqişələri əlavə etsək, qiymətlərin gələcəyi ilə bağlı gözləntilər dəyişir: “Lakin hasilat sabitləşdiyi zaman diqqət mərkəzində Asiya ölkələrinin iqtisadi artım templəri olacaq. Məhz bu regionun iqtisadiyyatı neftə olan tələbatın səviyyəsini müəyyənləşdirəcək”.

E.Oep həmçinin OPEC-lə, ona üzv olmayan ölkələrin bir araya gəlməsinə lüzum görmür: “Hər şey Səudiyyə Ərəbistanının planladığı ssenari üzrə gedir. Hazırda neftin qiymətinin 100 dollara yüksəlməsi mümkün deyil”.

(report)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Dollar bu gün neçəyədir?

%d bloqqer bunu bəyənir: