24 saat

Dunya Miyatoviç Azərbaycan hakimiyyətinə yenidən çağırış edib


ATƏT-in Media azadlığı üzrə nümayəndəsi diffamasiya haqqında qanunvericilikdə islahatlara çağırır

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiya haqqında qanunvericilikdə islahatlar aparmaq üçün Azərbaycan hakimiyyətinə yenidən çağırış edib.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Noyabrın 15-də Azərbaycanın baş prokuroru Cinayət Məcəlləsinə düzəlişləri parlamentə təqdim edib.

Düzəlişlər İnternetdə prezidentin şərəf və ləqayətinin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutur.

“Bu düzəlişlər qəbul olunarsa bu, ölkədə söz və media azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq. Mən hakimiyyəti bir daha Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması barədə çoxdankı vədini yerinə yetirməyə çağırıram”, – D.Miyatoviç vurğulayıb.

Azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: