Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya iqtisad elminin nümunəvi əsərləri UNEC-də – Azərbaycan dilində

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif dillərdə nəşr edilən dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi layihəsinə start verilib.

Tərcümə ediləcək ilk əsər Nobel mükafatı laureatı Fridrix Hayekin “Denationalization of Money” kitabıdır. Bununla bağlı Londonda yerləşən İqtisadi Araşdırmalar İnstitutu ilə (İnstitute of Economic Affairs) müqavilə bağlanaraq icazə alınıb.
Əsər UNEC-in Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasında tərcümə ediləcək.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

ANS-in lisenziyasının ləğvi üçün məhkəməyə müraciət olunacaq – RƏSMİ

%d bloqqer bunu bəyənir: