Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya güclərindən nüvə sınağına sərt reaksiya – “Ciddi addımlar atılacaq”

Şimali Koreyanın 5 bal gücündə zəlzələyə yol açan nüvə sınağına dünya ölkələri sərt reaksiya verib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya lideri Pak Kın Xe Pxenyanın nüvə sınağı keçirməsini qınayıb. Prezidentin sözlərinə görə, Şimali Koreyanın bu addımı ardınca beynəlxalq sanksiyalara yol açacaq.
Koreya liderinin bu məsələni Amerikalı həmkarı ilə müzakirə etdiyi bildirilir. ABŞ prezidenti Barak Obama isə Pxenyanın bu addımının qarşılıqsız qalmayacağını vurğulayıb.
Ağ Evin yazılı açıqlamasında qeyd edilir ki, Obama Şimali Koreyanın nüvə sınağı keçirməsindən sonra Cənubi Koreya lideri və Yaponiya baş naziri ilə ayrılıqda telefon əlaqəsi saxlayıb.
Obama, həmçinin Koreyanın təxribatçı hərəkətinə qarşı ABŞ-ın müttəfiqləri ilə birgə ciddi addımlar atacağını bildirib.
Fransa dövlət başçısı Fransua Olland da Şimali Koreyanın bu hərəkətini qınayıb və beynəlxalq ictimaiyyəti reaksiya verməyə səsləyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Sarkisyan hökumətin istefasını qəbul edib

%d bloqqer bunu bəyənir: