Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya dövlətlərinin “gizli kitab”larında yazılanlar…

Fərrux Məmmədov:“Dərin dövlət”lərin olması mütləqdir, çünki strateji qərarları məhz onlar qəbul edirlər”; Ərəstun Oruclu: “Bunları ciddi qəbul etmirəm”
Müəyyən bir dövlətçilik tarixinə malik olan ölkələrin “ağ kitab”, “qırmızı kitab”ı olması kimi fikirlər vaxtaşırı gündəmə gəlir.

Türkiyənin məşhur seriallarından birində də “dərin dövlət”lə əlaqəli məqamların “qırmızı kitab”da qeyd olunması ilə bağlı epizodlara da rast gəlmək olur. Filmlərdə adətən, bu kitablara dövlətlər keçdikləri həyat yollarını, daxili və xarici siyasətlərindəki əsas faktları – dostları, düşmənləri qeyd edirlər.

Son olaraq, Almaniya hökumətinin ölkənin milli təhlükəsizlik siyasətinin əsaslandığı “Ağ kitab”ı2006-cı ildən sonra ilk dəfə yeniləyəcəyi ilə bağlı yayılan məlumat bu mövzunu bir daha aktuallaşdırdı.

Bəs dünya dövlətləri real olaraq bu kitablarda nələri qeyd edirlər?

“Yeni Müsavat”-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, əslində o, bu cür kitabın mövcud olmasına inanmır:“Siyasət o qədər mürəkkəb və rasional mexanizmlərlə işləyir ki, bunu kimlərinsə düzüb-qoşub planladığı, yaxud da hansısa kitablarda yazdığı və digər bu kimi məsələlər mənə inandırıcı görünmür. Bunlar siyasi kateqoriyalar deyil. Türkiyədə bu, həddindən artıq geniş yayılıb. Eyni zamanda bir sıra postsovet ölkələrində də belə bir ifadələrə rast gəlinir. Ancaq bütün bunları mən ciddi qəbul etmirəm”.

NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov isə bildirib ki, “dərin dövlət” anlayışı və xüsusi kitabların “Ağ”, “Qara” və s. olması güclü və böyük dövlətlərə xas olan xüsusiyyətlərdir: “Dərin dövlət”lərin olması mütləqdir. Çünki strateji qərarları məhz onlar qəbul edirlər. Amerika, İngiltərə, Almaniya kimi dövlətlərdə “dərin dövlət” anlayışı daha qabarıq şəkildə hiss olunur. Amerikanın Avropa və Asiya qitəsinə gəlməsi, bu prosesdə ona məhz Almaniya və İngiltərənin dəstək verməsində, sadəcə siyasilərin qəbul etdiyi qərarın olmadığını açıq şəkildə görə bilirik. Bu kimi dövlət modellərində strateji, siyasi yol xəritəsi yüz illik zaman üçün qəbul olunur və tətbiq edilir. Bu kimi qərarlar isə təbii olaraq, hər hansısa kitablara köçürülür. Buna görə də həmin kitablara müəyyən rəng çalarlarını ictimaiyyət özü əlavə edir. Əslində isə kitablar özü sadəcə qara rəngdə, kağızları isə ağ rəngdə olur”.

Ekspertin sözlərinə görə, bunun da özünün səbəbləri var: “Həyat gecə və gündüzdən, yəni xeyir və şərdən ibarətdir. Digər bir tərəfdən isə buna həmçinin ağ və qara qüvvə də deyirlər. Böyük dövlətlər üçün bucür simvolikalar xüsusi əhəmiyyət kəsb edir. NATO-nun, BMT-nin yaranması məhz Qərbin dərin dövlətlərinin ən böyük uğuru sayıla bilər. Bu gün Almaniya əgər strateji xətti dəyişirsə, bu sadəcə Almaniyanın qərarı deyil. Avropanın “dərin dövlət” anlayışı demək ki, olar eynidir. İngiltərə, Amerika və Almaniya bu gün birlikdə addımlayırlar. Fransa “dərin dövlət”i isə Amerikanın, Avropadakı hakimliyinə son qoymaq istəyir. Bu işdə şübhəsiz ki, Fransaya Rusiya “dərin dövlət”i də yardım edir. Avropa və digər güclü dövlətlərin “dərin dövlət” sistemində bəzən bir başa, bəzən də dolayı yolla Amerika sisteminə xidmət edənlər mövcuddur. Bu baxımdan Amerika güc sahibidir. Əgər tezliklə Yaxın Şərqdə yeni dövlətlər yaranarsa bu o deməkdir ki,Almaniya Rusiya strateji əlaqələrinin kəsilməsi məhz bununla bağlıdır. Amerika Yaxın Şərqdə Rusiyanı tək buraxmaq niyyətindədir. Müttəfiqi sadəcə Çin olan Rusiya bugün müasir dünya iləayaqlaşmaqda çox çətinliklər çəkir və hesab edirəm ki, Amerika “dərin dövlət”ibu prosesdən Rusiyaya qarşı maksimum istifadə edəcək”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lavrov: “Rusiyanın düşməni yoxdur”

%d bloqqer bunu bəyənir: