Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya bu qadından danışır – FOTOLAR

ABŞ-da təşkil edilən nümayişlərdə polislərə qarşı duran gənc qadının kim olduğu ortaya çıxıb

ABŞ-da qaraların polis tərəfindan öldürməsinə qarşı ölkənin bir çox əyalətində keçirilən nümayişlərdə 100-dən çox nümayişçi göz altına alınıb, medianın obyektivlərinə isə çox sayda maraqlı kadrlar düşüb. Fotolardan ən diqqət çəkəni, polisə qarşı dirənən 28 yaşındaki tibb bacısı Leşia Evans olub.
Qat-qat zirehlə bağlanmış iki polisin qarşısında sakitcə durarkən görüntülənən qadın bir anda bütün ölkədə yenidən alovlanan sivil hüquqları gündəmə gətirib.
Nyu-Orleanslı Conathan Bekmanın çəkdiyi foto, sosial mediada da minlərlə insan tərəfindən paylaşılıb. İndi isə həmin fotodakı qadının kim olduğu ortaya çıxıb. 28 yaşındakı Leşia Evans bir uşaq anası olub, tibb bacı işləyir. Polisin tələbini yerinə yetirməyən və sakitcə qarşılarında duran Evansın 24 saat göz altına alındıqdan sonra sərbəst buraxıldığı bildirilib. Fotonu facebook üzərindən paylaşanlardan biri də “Nyu York Daily News” qəzetinin müxbirlərindən biri Şaun King olub.
King fotonu paylaşaraq  “Əfsanəvi. Bu şəkil tarix kitablarında yer alacaq” şərhini verib. Daha sonra xəbər müxbiri şəkildəki qadının göz altına alındığını və haqqında daha çox məlumat alına bilmədiyini yazıb.
Harvard Universitetinin professoru Con Kennedy də fotonu paylaşan tanınmış şəxslərdən biridir.
Keçirlən nümayişdə polis 102 şəxsi həbs edərək,  8 tapanca ələ keçirib. Bir polis məmuru ona atılan bir əşya vasitləsilə bir neçə dişini itirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefaya göndərilə bilər

%d bloqqer bunu bəyənir: