Loading...
Loading...
1479808362_11

Dünya Bankından bədbin proqnoz – “Azərbaycanda 3 il iqtisadi artım olmayacaq”

“Qarşıdakı 3 ildə Azərbaycanda iqtisadi artım olmayacaq”

“Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proselərə, şoklara adekvat reaksiya verməlidir”.

Politika.Az xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

H.Timmer ümumiyyətlə, məəzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsinin doğru olmadığını deyib: “Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq”.

DB rəsmiləri qeyd edib ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: “Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyyə edirik. Həmçinin, maliytə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Orta aylıq əmək haqqı 4 il müddətində nə qədər olacaq?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: