Dünya Bankı neftin orta qiymətinin proqnozunu artırdı

Dünya Bankı (DB) 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu 41 dollardan 43 dollara qədər artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Commodity Markets Outlook” rüblük hesabatında deyilir.
Qərara səbəb ikinci rübdə tədarükün azalması və tələbatın artmasıdır. DB-nin hesabatında neftin qiymətinin Kanadada tüğyan edən yanğınlar və Nigeriyada neft infrastrukturundakı problemlərə görə 37% artıb.
Bu ərəfədə Brent markalı neftin fyuçerslərinin dəyəri sentyabrda İCE birjasında 45 dollardan ucuz olub. Saat 19:30-a olan məlumata görə, senyabr fyuçersi 44,79 dollar səviyyəsində satılır.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

Vergilər nazirliyinin baş idarəsinə yeni rəis təyin olunub

%d bloqqer bunu bəyənir: