Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya azərbaycanlı qapıçıdan danışır – Elə bir şey etdi ki (VİDEO)

Ötən gün futzal üzrə dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib. 

 

Kolumbiyada keçirilən çempionatda komandamız turnirin favoritlərindən olan İspaniya ilə qarşılaşıb. Yığmamız qarşı tərəfə məğlub olmasına baxmayaraq, qapıçımızın performansı FİFA-nın dilində əzbər olub.

Məharətli oyun göstərən idmançılarımız arasında qapıçımıza məxsusi yer ayrılıb. Rövşən Hüseynlinin çıxartdığı toplardan birini FİFA-nın futzal üzrə dünya çempionatının rəsmi səhifəsi paylaşaraq bu sözləri yazıb.

“Azərbaycanlı Rövşən Hüseynlidən inanılmaz qurtarış!

Buna deyirlər, əlindən gələni əsirgəməmək. Əlaçı!”

Görüntülərdə qapıçımız böyük məharətlə İspaniya yığmasının vurduğu topu çıxardır. //Milli.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Messi Çempionlar Liqasının ən yaxşı oyunçusu seçildi

%d bloqqer bunu bəyənir: