Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
karqo

Dubaydan bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub. Bu barədə “Report”a “Camex” yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, “Power bank” (mobil cihazlar üçün rezerv enerji qurğuları), “Segway” (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var.

“Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də, daha həmin məhsulları gətirmirik”, – deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər.

Şirkət təmsilçisi “Report”a qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı DGK-dan “Report”a bildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir və tələblərə uyğun gəlməyən malların gətirilməsi qadağandır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Neft ölkəsinin əhalisi acından ölür – Heç tualet kağızı da yoxdur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: