Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DSMF Saatlı şöbəsində vətəndaşlara qayğı

saatlıAzərbaycanda həyata keçirilən inkişaf strategiyası hər bir sahədə, o cümlədən sosial sferada yüksəlişə səbəb olub. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı sürətlə artır və bu, nəticə etibarilə həm də vətəndaşların sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, 2015-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlər, əvvəllər olduğu kimi, xüsusi çəkiyə malikdir.

Əhalinin sosial müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə xidmət edən vasitələrdən biri mükəmməl sığorta-pensiya sisteminin qurulmasıdır. Ötən 10 ildə ölkəmizdə bu istiqamətdə köklü dəyişikliklər baş verib. Dövlət Sosial Müdafiə Fondunun və onun rayon şöbələrinin fəaliyyəti ilə tanışlıq zamanı bunun şahidi olmaq mümkündür. Təbii ki, sığorta-pensiya sahəsində həyata keçirilən islahatların səmərəliliyinin təmin edilməsi, vətəndaşlara layiqli xidmətin göstərilməsi istiqamətində DSMF rayon şöbələrinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan DSMF-nin Saatlı rayon şöbəsinin fəaliyyəti təqdirəlayiqdir. Şöbəyə müraciət etmiş vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, pensiyaya çıxanların sənədlərinin rəsmiləşdirilməsi, pensiya təyinatı və ödənişi, sənədlərin saxlanılması, məcburi dövlət sosial sığorta haqlarının toplanması mövcud qanunvericiliyə əsasən vaxtında və uğurla icra olunur. Bu baxımdan şöbənin işi ölkəmizdə qurulan uğurlu  sığorta-pensiya sistemindən xəbər verir.

Bildirək ki, hələ bir il öncə, 2015-cü il martın 18-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.  Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nun rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından ayrılmış xüsusi nəqliyyatla Saatlıya aparılıb-gətirilənləri təmin olundu. «Açıq qapı» şəraitində keçirilən qəbulda Saatlı və qonşu rayonlardan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Görüşdə 30-dək vətəndaşın müraciətlərinə baxıldı. E.Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiyai təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, əlillik dərəcəsinin müəyyən edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənildi. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirrlər görüldü, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyat orqanlara müraciət edilib.

Qeyd edək ki, Təcrübəli mütəxəssiz Hafis Miriyevin rəhbərlik etdiyi DSMF Saatlı rayon Şöbəsinin fəaliyyəti təqdir olunduğundan, şöbə barədə sədrə şikayət edilməmişdir. Şöbənin kollektivi əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması müstəvisində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Şöbənin xidmət etdiyi pensiyaçılar və imtiyazlı kateqoriyadan olan şəxslər onlara göstərilən qayğıdan razı olduqlarını bildirirlər. Şöbənin müdiri H.Miriyevin rəhbərliyi altında rayonda məcburi dövlət sosial sığorta haqlarının yığılması və fərdi uçotun təşkili istiqamətində xeyli işlər görülüb. Həmçinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələrək DSMF-nin Saatlı rayon şöbəsində fərdi uçotun təşkili işləri uğurla həyata keçirilir.

Şöbədə vətəndaş müraciətlərinə baxılması sahəsində də müsbət işlər görülub. Belə ki, şöbədə vətəndaşların qəbulu üçün gündəlik növbətçilik tərtib olunub, onların müraciətləri diqqətlə öyrənilir və qanunamüvafiq cavablar verilir. Söhbətləşdiyimiz pensiyaçılardan onlara xidmətin yüksək səviyyədə olmasından  razılıqlarını ifadə etdilər. Ölkəmizdə həyata keçirilən sosial siyasətin hər kəsi, o cümlədən yaşlı və ahıl vətəndaşları layiqincə əhatə etdiyini deyən pensiyaçılar onların hər bir müraciətinə göstərilən yüksək münasibəti yüksək qiymətləndirdilər. DSMF Saatlı rayon şöbəsinin fəaliyyəti onu deməyə əsas verir ki, şöbə bundan sonra da Azərbaycan dövlətinin sosial siyasətinin rayon da uğurla həyata keçirilməsi üçün üzərinə düşən vəzifələri vaxtında və layiqincə icra edəcək.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İcra başçısı iğtişaşa çağırdı: “Daş qalaq edin…” – ŞOK SƏS YAZISI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: