Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dronlar meşə zolaqlarının salınmasında kömək edəcəklər

“DroneSeed” şirkəti meşə çatışmazlığı ilə mübarizədə pilotsuz uçan aparatlardan (dronlar) istifadə etməyi planlaşdırır. Uçan aparatlar kameraların köməyi ilə ərazini öyrənərək müvafiq yerə toxumlar səpəcək.

“DroneSeed” – meşə zolaqlarının salınması üçün xüsusi pilotsuz təyyarələr hazırlayan startapdır. Uçan aparatlar toxumların səpilməsi üçün müvafiq ərazi axtarır. Bundan ötrü ərazinin xəritəsi yaradılır.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, toxumların torpağın daha dərin qatlarına səpilməsi üçün dronlar xüsusi toplarla təchiz ediləcək.

Pilotsuz təyyarələrin səmərəliliyi

Startapın yaradıcıları bildiriblər ki, insanlarla müqayisədə dronlar toxumları bir neçə dəfə daha sürətli səpə bilər. Yeni səpin texnologiyası xərcləri 10 dəfə azaltmağa kömək edəcək.

Dronlar yalnız xərcləri azaltmayacaq, həm də insanları belə mürəkkəb və təhlükəli işdən xilas edəcək. Ağac tədarükü şirkətləri onsuz da kadr çatışmazlığından əziyyət çəkirlər, pilotsuz təyyarələr isə əməkhaqqı tələb etmir və gecə-gündüz işləyə bilər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərdoğan xalqa səsləndi: “Gəlin bu evləri dağıdaq ki,..”

%d bloqqer bunu bəyənir: