Now Reading:
“Döymədim, başa saldım…” – Akif Çovdarov
Full Article 2 minutes read

“Döymədim, başa saldım…” – Akif Çovdarov



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu cinayət əməlləri üzrə yeni epizodlar bəlli olub.

İttihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən general onun müştərisi olur və adamı Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşırlar. Bunun üçün də 300 min dollar beh verilir. Lakin sonradan bəlli olur ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi. Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M.Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.

A.Çovdarov digər epizodlardan fərqli olaraq bu məsələ ilə bağlı ətraflı ifadə verib. O bildirib ki, torpağın müştərisi özü olmayıb:

“Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq, həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.

Qeyd edək ki, A.Çovdarov 26 epizod üzrə ittiham olunur. O istintaqa ifadəsində özünü təqsirli bilmədiyini deyib.(Qafqazinfo)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: