Loading...
Loading...

Dövlətin şəhid hərbçilərin bank borcunu ödəməsi onun böyüklüyü olar

Aqil Abbas: “Şəxsən mən bunu təqdir edər, alqışlayaram”

Son günlər təmas xəttindəki toqquşmalarda şəhid olan və yaralınanan bəzi hərbçilərimizin banklara olan borcu və həmin hərbçi ailələrinin bu borcu ödəməkdəki çətinlikləri gündəmə gəlməkdədir.
Maraqlıdır, dövlət döyüşlərdə şəhid olan və ya yaralanan hərbçilərin banklara olan borcunu öz üzərinə götürə, bu borcu özü ödəyə bilərmi? Şəhid olan və yaralanan hərbçi ailələrinin banklar tərəfindən sıxışdırılması, təzyiqə məruz qalmasına dövlətin laqeyd münasibəti nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən millət vəkili Aqil Abbas şəhid hərbçilərin borcunun ödənilməsinin dövlətin böyüklüyünün göstəricisi ola biləcəyini vurğuladı:
“Hansısa fərdi borcu ödəmək dövlətin borcu deyil. Amma bu, dövlətin böyüklüyü olar ki, şəhid olan hərbçilərimizin borcunu ödəsin. Mən yaralıların borcunun ödənilməsini zəruri hesab etmirəm. Çünki onalar sağalacaq, dövlət onlara müəyyən təminatlar verəcək və s. Lakin şəhid olmuş əsgər və zabitlərimizin banklara borcu varsa, dövlət böyüklük edib onları ödəyə bilər. Şəxsən mən bunu təqdir edər, alqışlayaram”.

Seymur Əliyev

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

May ayında əfv sərəncamı gözlənilmir

%d bloqqer bunu bəyənir: