Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dövlətin pulsuz verdiyi dərmanlar bizə niyə çatdırılmır? – Video

Bir sıra xəstəliklər var ki, ondan əziyyət çəkənlərə dövlət tərəfindən pulsuz dərmanlar verilir. Amma bəzən insanlar bu dərmanları alarkən müxtəlif problemlərlə qarşılaşırlar- ya dərmanların bir qismini alırlar, ya da ümumiyyətlə ala bilmirlər.

Bakıda xəstələri pulsuz dərmanla təmin edən 25 poliklinika müəyyən edilib. Bəzi rayonlarda bu poliklinikaların sayı 2-3 olsa da, Xətai, Binəqədi, Nərimanov və Nizami rayonlarında cəmi 1 poliklinika ilə məhdudlaşıb.

Pulsuz dərman üçün saatlarla növbədə duran xəstələri narahat edən dərman çatışmazlığından elə polikliniklarda da xəbərdardılar. 33 saylı poliklinikanın aptek müdiri Rəvanə İmanova problemi etiraf edir.

Onun sözlərinə görə ən çox problem şprislə bağlı olur. Ötən ay 3500-4000 ədəd şpris tələb edilsə də, cəmi 1500 ədəd verilib.

Səhiyyə Nazirliyinin mövqeyini açıqlayan 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanın sözlərinə görə, bütün apteklər lazımi dərman preparatları ilə təmin olunur. Problem bu apteklərdə səhlənkarlıq ucbatından baş verir.

Stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, həmçinin şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və bu qisimdən olan digər xəstəliklərə görə 99 adda dərman preparatları pulsuz paylanılır. Habelə onkoloji, xroniki böyrək çatışmazlığı olanlara, hemofiliya və talassemiya irsi qan xəstəliklərində qan komponentləri, dərman preparatları və tibbi materiallar və digər ləvazimatlarla təminatı, QİÇS xəstələrinin müayinə və müalicəsi, vərəm xəstələri, ana və uşaqların sağlamlığının qorunması, yoluxucu xəstəliklər üzrə dərman vasitələri də əhaliyə pulsuz verilməli olanlar siyahısındadır.

xəzərxəbər.com

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tələbə kreditləri nə vaxt veriləcək? – Açıqlama

%d bloqqer bunu bəyənir: