Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Dövlət qurumları şikayət məktubları ilə futbol oynayır”

Mehman Əliyev: “Onlar üçün bu şikayətlər əhəmiyyətsizdir”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında dövlət qurumlarının vətəndaş müraciətlərinə olan laqeyd münasibətini şərh edib. Dövlət instansiyalarının vətəndaşları narazı salan məqamlarla bağlı kifayət qədər məlumatlı olduğunu bildirən M.Əliyev, sadəcə olaraq bu şikayətlərin məmurlar üçün heç bir maraq kəsb etmədiyini vurğulayıb:
“Mən neçə müddətdir ki, fərdi evlərin tikintisi ilə bağlı araşdırmalar aparır, yazılar verirəm. Bunları Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, prokurorluğa yollayıram. Lakin onlar bu məktublarla futbol oynayır. O buna, bu ona fırladır. Şahin Məmmədov yazdığım müraciətə cavab olaraq bildirir ki, təklifləriniz tikinti ilə bağlı məcəlləyə yenidən baxılanda nəzərə alınacaq. Tikinti Məcəlləsinə baxıb başqa şeyləri ora salsalar da, bu təkliflər ora əlavə edilmir. Məmur özbaşınalığı davam edir.
Mənim 10 ayım yazışmalara sərf olunub. Adi məktubdan tutmuş açıq müraciətlərə qədər hər cür müraciət etmişəm. Məlumatlandırmağın nə xeyri var ki? Mənim kimi ayrı-ayrı insanlar da yazır, danışır, öz şikayətini, narazılığını ortaya qoyur. Mətbuata nəzər yetirmək kifayətdir ki, nə qədər şikayətin olduğunu görəsən. Dövlət orqanları mətbuatı da oxumur? Niyə mətbuat xidmətinə bir-iki adam otuzdurub mətbuatda gedən şikayətlərin qeydiyyatını aparmır, onları nəzarətə götürülmür?
Bütün bunlar onu göstərir ki, dövlət orqanları insanları narazı salan məqamlarla bağlı kifayət qədər məlumatlıdırlar. Sadəcə olaraq, onlar üçün bu şikayətlər əhəmiyyətsizdir”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dünyanın ən müəmmalı 90 fotosunu birləşdirdilər – VİDEO

%d bloqqer bunu bəyənir: