Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
komp

Dövlət internet provayderinin yeni qərarı kütləvi narazılığa səbəb oldu

Bakı şəhəri ərazisində internet xidmətləri bazarında inhisarçı mövqeyi ilə fərqlənən Bakinternet provayderinin yeni tətbiq etdiyi qayda kütləvi narazılıqlara və panikaya səbəb olub. Provayder əhaliyə heç bir xəbərdarlıq etmədən son ödəmə tarixini hər ayın 5-nə təyin edib. Əvvəllər xidmət haqqını ayın 20-nə qədər ödəməyə adət etmiş abunəçilərin hamısının internet təchizatı qəfildən dayandırılırb. Nəticədə poçt şöbələrində uzun növbələr yaranıb, on minlərlə abunəçinin internet təchizatı bir neçə gün deaktiv statusda qalıb.
Bakinternet Yasamal şöbəsinin nümayəndəsi “Bizim Yol”-a bildirib ki, onlar Yasamal ATS-inin binasında divarlara elanlar vurublar. Əməkdaşımızın “axı insanlar Yasamal ATS-inin binasında yaşamırlar və hər gün səhər gəlib bu binanın divarlarını oxumağa borclu deyillər” şəklində qeydinə heç bir cavab verməyən Bakinternet nümayəndəsi bu qərarın rəhbərlik tərəfindən verildiyini bildirib.
Maraqlıdır ki, əvvəllər həmişə hər ayın 10-15-i aralığında abunəçilərə zəng edib ödəmə etməyəcəkləri halda bir neçə günə xidmətin dayandırılacağı barədə xəbərdarlıq edilirdi, amma nədənsə bu dəfə ayın ilk günlərində abunəçilərə zəng edib ödəmə tarixinin ayın 5-nə təyin edilməsi barədə xəbərdarlıq edilməyib. Bəzi məlumatlara görə, Bakinternet abunəçilərə xidmətin kütləvi şəkildə dayandırılmasında maraqlı olub. Təbii ki, xidmətin dayandırıldığı günlərin də haqqı abunəçilərdən alınır. Bu üzdən abunəçilər hesab edirlər ki, bu əməliyyatın arxasında hansısa bzines maraqları var.
Eyni zamanda bu provayderin göstərdiyi xidmətin keyfiyyəti ilə bağlı da kütləvi narazılıqlar var. Əməkdaşımız Yasamal ATS-də olduğu müddətdə Bakinternet-in otağına daxil olanların hamısı məhz sürətin zəif olması və intensiv fasilələrdən şikayətləniblər. Provayder naməlum səbəblərdən az qala hər gün axşam saatlarında təchizatda fasilələr yaradır, vəd olunan sürəti təmin etmir, şikayətlərə isə reaksiya vermir.
Bir çox ATS-lərin abunəçiləri isə bu provayderdən imtina etməkdən məhrumdurlar. Çünki Bakinternet paytaxtın bir sıra ATS-lərində internet xidmətləri üzrə yeganə provayderdir. Məsələn, Biləcəri qəsəbəsində yerləşən 401 ATS-inin abunəçiləri Bakinternet-in bərbad xidmətindən istifadə etməyə məhkum ediliblər. Abunəçilərdən birinin “Bizim Yol”-a bildirdiyinə görə, bu provayderin inhisarçı mövqeyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən himayə edilir. Məsələ burasındadır ki, Bakinternet dövlət provayderidir, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin strukturudur və uzun sözün qısası, Rabitə Nazirliyinin özünündür. Bu provayderin inhisarçı mövqeyinə gəlincə, rəsmi qurumlar və Bakinternet özü belə iddia edir ki, guya provayderlərin heç biri həmin ATS-lər üzrə xidmət göstərmək istəmirlər. Bu o deməkdir ki, başqa provayderlər pul qazanmaq imkanından könüllü olaraq imtina edirlər. Reallıqda isə bazar iqtisadiyyatının hər bir subyekti öz xidmət coğrafiyasını genişləndirməkdə maraqlı olmalıdır. Bu baxımdan öz bərbad xidmət standartları ilə seçilən dövlət provayderinin inhisarçı mövqeyi şübhələrə yol açır. Həmçinin Bakinternet-lə bağlı Rabitə Nazirliyinə ünvanlanan şikayətlərin cavabsız qalması da nazirliyin bu məsələyə biznes maraqları prinsipindən yanaşdığını göstərir…
“Bizim Yol”

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycanlı deputatlar jurnalistdən qaçır: “Əşi, yox ey…” – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: