Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək

706DF5D9-4CF9-443A-8235-80FC98BFEC1F_w640_r1_cx1_cy1_cw92_sPrezidentin aprelin 11-də verdiyi fərmanla yaradılan Dövlət İmtahan Mərkəzi publik şəxsinin nizamnaməsi də təsdiqlənib. Sənəd yeni qurumun səlahiyyət, vəzifə və hüquqlarının çərçivəsini müəyyən edir.

Yeni qurumu Direktorlar Şurası idarə edəcək

Prezidentin yenidən təşkil yaxud ləğv edə biləcəyi mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə yaradılır. Habelə, bu qurum müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanların təşkil edilməsi işini həyata keçirəcək.

Mərkəzi Direktorlar Şurası idarə edəcək. Şura prezident tərəfindən təyin edilən sədrdən, onun iki müavinindən və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət olacaq.

Təhsil nazirliyi ilə nələr razılaşdırılacaq?

Ümumi təhsil pilləsində yekun qiymətləndirmə, orta, ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrinə imtahanlarının keçirilməsi  yeni qurumun fəaliyyət sferasına aid olacaq.

Habelə, Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu,  5-11-ci sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi də onun funksiyasına daxildir.

Mərkəz həmçinin, orta ixtisas, ali təhsil müəssisələrində qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Azərbaycan vətəndaşlarının xarici dövlətlərin, əcnəbilərinsə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunu da mərkəz həyata keçirəcək.

Test bankı…
ACC2361C-2298-42D9-8839-6646E1B26D92_w268_r1_cx24_cy9_cw77Mərkəz dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb edə, ekspert, mütəxəssisləri müqavilə ilə öz fəaliyyətinə cəlb edə bilər. Bundan başqa,  imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq səlahiyyətində olacaq.

Test bankının formalaşdırılması, elmi-metodik  təminatın yaradılması, ödənişli əsaslarla sınaq imtahanları keçirmək və hazırlıq kursları təşkil etmək işi də mərkəzin səlahiyyətlərinə aid olacaq.

Şəffaflıq…

Şəffaflıq – mərkəz sayt yaradıb publik bilgiləri topluma açıqlamalıdır.

Nizamnamə kapitalı 1 milyon manat olan yeni qurum dövlət, eləcə də imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər hesabına maliyyələşəcək. Mərkəz həmçinin qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar da ala bilər.

Yeni qurum həm də şəffaflığı təmin etməlidir. Bunun üçün öz fəaliyyəti haqqında ictimaiyyəti bilgiləndirmək üçün internet saytı yaratmalıdır. İnformasiya azadlığı qanunvericiliyi ilə açıq sayılan bilgiləri öz saytına daxil etməlidir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Zavodun yenilənməsinə 1,3 milyard

%d bloqqer bunu bəyənir: