Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dövlət Gömrük Komitəsində heyvan qətliamı – İNANILMAZ İDDİA

 

Komitə əməkdaşları cins heyvanları niyə və necə məhv edir?

Dövlət Gömrük Komitəsində (DGK) həyata keçirilən heyvan qətliamı ilə bağlı 24saat.org-a özəl mənbədən maraqlı informasiya daxil olub. Məlumatlı mənbənin sözlərinə görə, DGK  əmədkaşları tərəfindən Azərbaycana gətirilən cins heyvanlara, xüsusilə də bahalı sort itlərə peyvənd adı ilə cinsi artımı dayandıran xüsusi iynə vurulur ki, bundan sonra həmin heyvandan bala götürmək, həmin növün artımını həyata keçirmək mümkün olmur.

Mənbənin sözlərinə görə, DGK-da həyata keçirilən heyvan qətliamına səbəb Azərbaycana gətirilən həmin heyvanlara görə heyvan sahibindən külli miqdarda qeyri-qanuni vəsaitin alınmasıdır. Belə ki, bəzi komitə əməkdaşları hesab edir ki, əgər bu heyvanların Azərbaycan daxilində artımı baş versə, o zaman Türkiyə, Dağıstan və digər istiqamətlərdən bu heyvanların ölkəyə gətirilməsinə ehtiyac qalmayacaq ki, bu da xeyli miqdarda vəsaitin DGK tərəfindən itirilməsi deməkdir.

Mənbənin məlumatına görə, hazırda DGK tərəfindən “xüsusi diqət mərkəzində” saxlanılan başlıca it növü “Kanqal” itləridir”. Hansı ki, bu növə məxsus itlərin qiyməti 25-30 min dollar arasında dəyişir və əsasən Türkiyənin Sivas bölgəsindən gətirilir.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Paşayevlərin əlindəki “girov” Mehdiyev-Heydərov ittifaqına qarşı

%d bloqqer bunu bəyənir: