Loading...
Loading...
azer-suleymanv

Dövlətə açıq sabotaj edən məmur – Azər Süleymanov: “Baytarlıq bataqlığı”nda nələr baş verir?

Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. “Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur” başlıqlı son yazımızdakı (cumhuriyyet.az) faktlar da göstərir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya, tender maxinasiyaları adi hal almışdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə “MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu “sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu.
Dövlət büdcəsi hesabına “MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi. Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində dabağın А / IRN / 2005, А / TUR / 2006, А / TUR / 2011, А / TUR / 2 014 ştammın serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və (A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə edilmişdir.
Lakin ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır. Əvəzində isə “MEQAVET”dən daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır. Bu da Respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında heyvanların tələf olması ilə nəticələnmişdir. Azər Süleymanov xəstəliyi ört-basdır etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və 27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəsəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır. Sahibkarların sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir. Bu da “MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz üçün yaramadığını göstərir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanov FAO kimi möhtəbər təşkilatın xəbərdarlığına məhəl qoymadığından bu virus tipli yoluxucu xəstəliyin ölkəmizdə yayılmasına şərait yarandığı və bununla ölkədə ərzaq təhlükəsizliyini, heyvan mənşəli məhsulların beynəlxalq ticarətini və ölkə daxilində istehsalını təhlükə altına qoyduğuna, habelə vətəndaşlara vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin cənab Heydər Əsədovun şəxsi maraqları dövlətin maraqlarından üstün tutan, nəticədə yoluxucu xəstəliklərin yayılmasına şərait, habelə bu istiqamətdə iqtisadi və epidemioloji gərginlik yaradan A. Süleymanovun hələ də başının “sığallaması” başadüşülən deyil.

Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur. Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bu ilin aprel ayında bölgü əsasında baytarlıq idarələrinə paylanan АМОКСИЛАЙФ-LA preparatının yararlq müddəti 2016-cı ilin iyun ayında bitmişdir. Odur ki, Azər Süleymanovdan baytarlıq idarələrinə həmin preparatın təcili silinməsi üçün saxta sənəd tərtib edilməsinə göstəriş verilib. Bundan başqa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan Respublika Baytarlıq Laboratoriyası Azərbaycan Hökuməti və ABŞ Müdafiə Departamenti arasında bağlanmış Təhlükənin Azaldılması Proqramı (DETRA) çərçivəsində Beynəlxalq Standartların 17025 Tələblərinə cavab verən, Bio Təhlükəsizlik Səviyyəsi (BSL) 2 istiqamətində yenidənqurma işləri aparılaraq 2014-cü ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. Ancaq bu sahədə düzgün olmayan siyasət nəticəsində təhvil-təslimdən 2 ay sonra yenidən qurulmuş laboratoriya tamamilə söküldü. Bütün qiymətli elektron avadanlıqlar, aparat və cihazlar kənara daşınaraq qeyri-münasib ambarlara yığıldı. Dəyəri yüz minlərlə ölçülən diaqnostikumlar vaxtından əvvəl keyfiyyətini itirdi. Əvəzində beynəlxalq tələblərə cavab verməyən laboratoriya quraşdırıldı.
Kənd Təsərrüfatı Nazirliyindən baytarlıq sisteminə daha bir zərbə lüzumsuz aparılan tikintilərə dövlət vəsaitinin israf edilməsi olmuşdur. Belə ki, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu Bakı şəhəri Böyük-Şor ünvanında elmi təcrübələr aparmaq üçün laboratoriyaları, təcrübə heyvanları və s. şəraiti olan binada fəaliyyət göstərirdi. Daxili mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir ki, institutun əməkdaşlarının etirazına baxmayaraq Binəqədi rayonunda yeni inşa edilmış, təcrübə heyvanlarının saxlanması üçün vivarium, ümumiyyətlə elmi təcrübələrin aparılmasına şərait və heç cür imkanı olmayan binaya köçürüldü, beləliklə bu köçürülmə nəticəsində baytarlıq elmi “dünyasını dəyişdi”, İnstitutun əməkdaşları isə elmi işçidən dönüb “məmur” oldular. Məlumatlı olan mənbənin ötürdüyü informasiyaya görə Kənd Təsərrüfatı Nazirliyinin qanunsuz tələbi ilə şəhər və rayonların baytarlıq idarələrinin tabeliyində olan sahə baytarlıq məntəqələrinin və bazarlarda olan akkreditatsiyadan keçməyən baytarlıq sanitariya-ekspertiza laboratoriyalarının işçiləri ərazisində fəaliyyət göstərən ət satışı mağaza, köşklərindən, sadlıq evlərindən, qanunsuz küçə ticarətindən, küçələrdə, yol kənarlarında və digər müəyyən olunmamış yerlərdə kəsilən heyvanlara görə pul toplamasına məcbur edilir.

Qeyd: bu günlərdə bu işə məcbur edilən baytar həkimlərdən biri (Ə.) Bakı şəhəri Yasamal rayonu ərazisində polis işçiləri tərəfindən artıq yaxalanmışdır red. Rayon, şəhər baytarlıq idarələrinin rəisləri hər ay toplanan pulun 50 faizini rüşvət şəkilində nəğdi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanova verirlər. (Baş prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin nəzərinə)!
Bunulada, Azər Süleymanov Xidməti öz şəxsi “KARUSEL” Restoranı kimi idarə edir. Baytarlıq sistemində olan peşəkar kadrlara “torba” tikərək işdən uzaqlaşdırmış, onların yerinə isə tələbə yoldaşları və yaxınları- Oktay Şirvan baytarlıq idarəsinin rəisi, Tahir Apşeron rayon Baytarlıq idarəsinin rəisi, Mübarizi şöbə müdiri, dayısı oğlu Elşadı RBL-da direktor müavini, Aydını sektor müdiri, Oktay- Göygöl rayon baytarlıq idarəsinin rəisi təyin etmiş və beləliklə, tələbə yoldaşları və qohumlar “dəstəsi”nin vəzifələrə təyinatları davam edir. Bu dövlət qurumunda qanunsuzluqlar o qədər iri addımlarla irəlləyir ki, ədalət axtaranlar onun dalınca ayaqlaşa bilmirlər.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin cari ilin 11 iyunda keçirdiyi Kollegiya iclasında Azər Süleymanovun əvvəlcədən cızdığı konturlar üzərində hazırlanan plan əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin tabeliyində olan sahə baytarlıq məntəqə və baytarlıq–sanitariya ekspertiza laboratoriyalarının müdirlərinin analoqu olmayan üsulla- püşkatma yolu ilə vəzifə yerlərinin dəyidirilməsi barədə qanuna zidd qərar çıxarılmışdır. Misal olaraq bu püşkatma dəyişirikliklərinə əsasən Qaradağ rayonunun baytarlıq məntəqəsinin müdiri (baytar həkimi ) daima yaşadığı və işlədiyi Qaradağdan gündəlik Pirallahı rayonuna getməli, malqaraya ilk yardım göstərməlidir? Yerləri dəyişdirilən digər mütəxəssislər də həmçinin. Hansı ki, məntəqələrin nə maşını var, nədə ki, tələb olunan şəraiti. Ancaq çox təəccüblüdür ki, nazir Heydər Əsədov Azər Süleymanovun bu qanunsuz planını reallaşdırdı. Hecə olur ki, qanunsuz aparılan küçə ticarətindən “az pul” yığan baytarların məsələsi Nazirliyin Kollegiya iclasında müzakirəyə çıxarılır, ədalətsiz, qanundankənar qərarlar qəbul edilir, lakin bu rüşvət yığımına göstəriş verən Azər Süleymanovun “gözünün üstündə qaşın var”, deyən yoxdur. Qanunsuz qərarlar qəbul edilməsi adıçəkilən Nazirliyin digər qəbul etdiyi qərarlarının da qanunliyini şübhə altına ala bilər?

Elçin Əmirov, Cumhuriyyet.az

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

İlham Əliyevin ən bərbad kadrının tükürpədən – Dosyesi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: