Now Reading:
“Dövlətin mediaya ayırdığı vəsait media üçün təhqirdir”
Full Article 50 second read

“Dövlətin mediaya ayırdığı vəsait media üçün təhqirdir”



Mehman Əliyev: “Media dilənçi vəziyyətinə salınıb”

“Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev 24saat.org-a açıqlamasında dövlətin qəzetlərə ayırdığı maliyyə vəsaitini şərh edib. Dövlətin məqsədli şəkildə medianı öz imkanları hesabına maliyyə əldə etmək imkanından məhrum etdiyini bildirən ekspert, medianın hakimiyyət təmsilçilərinin iradəsinə tabe edildiyini qeyd edib:

“Bizdə dövlət medianı dilənçi vəziyyətinə salıb. Onun mediaya qeyri-rəsmi şəkildə verdiyi rəsmi şəkildə verdiyindən çoxdur. Bu, dövlətin xüsusi siyasətidir. Bu siyasət medianı əlində saxlamaq, susdurmaq, idarəetmək siyasətidir. Burada dövlət maraqlarından deyil, sadəcə müəyyən bir qrupun maraqlarından söhbət gedir. Hakimiyyətdəki hansısa qrupun marağı dövlət marağı deyil axı. Hakimiyyətin marağını dövlət marağı kimi təqdim etməklə deyil ki… Bu maraqlar Azərbaycan xalqının maraqları ilə uzlaşmır axı. Məgər bu vəziyyət Azərbaycan mediasının maraqlarına cavab verir? Medianı bu günə salıb sonra da ona qəpik-quruş vermək və sonra ona minnət qoymaq ki, sənə hörət edirəm, bu nə məntiqdir?”

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: