Dövlət xəstəxanaları pullu olacaq? – Rəsmi AÇIQLAMA


Səhiyyə Nazirliyi dövlət xəstəxanalarının statusunun dəyişməsi ilə bağlı məsələyə münasibət bildirib.

Səhiyyə Nazirliyindən azvision.az-a verilən məlumata görə, əgər dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.
Nazirlikdən qeyd olunub ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.
“Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur”.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

69,3 faiz sahibkar özünü məmur özbaşınalığından müdafiə olunmuş hesab etmir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: