Dövlət qurumlarında çalışanlara referendum xəbərdarlığı


 

Ailə üzvləri referendum əleyhinə səs verənlər işdən qovulacaq

Dövlət qurumunda çalışan, büdcədən maliyyələşən idarə və təşkilatlarda, nazirlik və komitələrdə işləyənlərə referendumla bağlı xəbərdarlıq edilib. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, edilən xəbərdarlıqda bildirilir ki, 26 sentyabr refererendumu zamanı ailə üzvləri, valideynləri referendum dəyişikliyinin əleyhinə səs verən şəxslər dərhal işdən azad ediləcək. Məqsəd yalnız dövlət qurumlarıdna çalışanların deyil, onların bütün yaxınlarının dəyişiklik lehinə səs verməsini təmin etməkdir.

Bilgili qaynağın məlumatına görə, məlum xəbərdarlıqdan sonra işini itirə biləcəyindən ehtiyat edən insanların bir çoxu ailə üzvləri ilə əlaqə saxlayaraq onları edilən xəbərdarlığın mahiyyəti ilə tanış edib və seçki günü konstitusiya dəyişikliyinin lehinə səs verməyi tapşırıb.

24saat.org

 

 

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Akif Çovdarov işi -Zərərçəkənlərdən biri öldü

%d bloqqer bunu bəyənir: