Dövlət Departamentinin nümayəndəsi müxalifət liderləri ilə görüşüb

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink noyabrın 22-də axşam ABŞ səfirliyinin binasında Azərbaycan müxalifətinin liderləri ilə görüşüb.

Görüşdə Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının lideri Arif Hacılı və ReAl hərəkatının icraçı direktoru Natiq Cəfərli iştirak ediblər.

Kərimlinin Turan-a verdiyi məlumata görə, söhbət zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, ikitərəfli münasibətlər, regiondakı vəziyyət müzakirə olunub.

Öz növbəsində, Cəfərli əlavə edib ki, Amerikalı diplomat Azərbaycan rəsmiləri ilə görüşlərdə ən yüksək səviyyədə ReAl-ın həbsdə olan lideri İlqar Məmmədovun məsələsini qaldırdığını bildirib.

Loading...

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Sonrakı Yazı »

Ziya Məmmədovun müşaviri məhkəmədə 800 minlik qızılından danışdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: