Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Dortek” mağazasının sahibinin intiharının bəzi təfərrüatları məlum olub

Bakıda tanınmış iş adamı intihar edib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Atatürk prospektində yerləşən “Dortek” mağazasında baş verib. Mağazanın sahibi, 38 yaşlı Aslanov Bilal İsmayıl oğlu özünü asıb.

Mağaza prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətlərinin aparılması məqsədilə möhürlənib.

Məlumata görə, iş adamı Bilal Aslanov əslən Tovuz rayonundandır. O, bir neçə il Bakıda biznes fəaliyyətinə başlayıb və “Dortek” mağazasını açıb. Qardaşının verdiyi məlumata görə, iş adamı ötən axşam evdə olub. O, pulunu, sənədlərini, telefonunu və avtomobilinin açarlarını qoyaraq, evi tərk edib. Bilal Aslanov mobil telefonunun yaddaşındakı bir neçə nömrəni kağıza köçürüb. Ailə üzvləri deyir ki, axşam saatlarında iş adamının kiminləsə görüşü olub və kağıza köçürdüyü nömrələr də bu görüşlə bağlı imiş. Ailəsi iki övlad atası olan iş adamının kiminlə görüşdüyündən məlumatsızdır. Bilal Aslanov axşam saatlarında mağazaya gəlib. O, mağazadan zirzəminin açarını götürüb və zirzəmiyə daxil olub. Səhər saatlarında işçilər iş adamının zirzəmidə asılmış meyitini aşkarlayıblar.

İntiharın səbəbləri ilə bağlı müxtəlif ehtimallar var. Bildirilir ki, iş adamının biznesi son vaxtlar xeyli zəifləyibmiş. O, Təbriz küçəsində yeni mağaza açsa da, gözlədiyi gəliri əldə edə bilməyib. Bu səbəbdən də bir çoxları biznesmenin zərərə düşdüyünü və borca görə həyatına qəsd etdiyini düşünürlər. Bilal Aslanovun yaxınları isə bu iddiaları təkzib edir. Mərhumun dayısı İsgəndər Qasımov sosial şəbəkələrdə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Bilalın Təbriz küçəsində mağazası olmayıb. Heç kimə borcu da yox idi. Sadəcə olaraq, gördüyü işin müqabilində qazandığı pullarla özünə normal iş qurmuşdu, perspektivi var idi. Bizim üçün də hadisənin hansı səbəbdən baş verdiyi müəmmalıdır. Prokurorluq araşdırma aparır. Araşdırmalardan sonra rəsmi məlumat veriləcək”.

Faktla bağlı araşdırmalar davam edir. İş adamının yaxınlarının ümidi mağazanın qarşısındakı və içəridəki müşahidə kameralarınadır. Onlar istintaq hərəkətləri bitdikdən sonra görüntüləri əldə edəcəklərinə və Bilal Aslanovun mağazaya saat neçədə, kiminlə və ən əsası, hansı əhvalda gəldiyini öyrənəcəklərinə ümid edirlər. (APA)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tərtərdə atışma başladı: Ermənilər yaşayış məntəqələrini hədəf seçib – SON DƏQİQƏ

%d bloqqer bunu bəyənir: