Loading...
Loading...

Dördgünlük savaşda qırğın olub – Ermənilərdən etiraf

Aprelin əvvəllərində, dördgünlük savaş zamanı ermənilər dəhşətli itki verdiklərini dolayısı ilə etiraf ediblər.

Axar.az xəbər verir ki, qondarma erməni soyqırımı mərasimlərində türk ad-soyadını götürən erməni əsilli Londonda yaşayan “hüquq müdafiəçisi”nin sözləri ötən gün erməni saytlarını bəzəyib. Erməni əsilli, türk imzalı bu adam deyib ki, aprelin əvvəlində, dördgünlük savaşda türklər ermənilərə qarşı qırğınlar törətməyə qadir olduqlarını bir daha təsdiqləyiblər.

Xatırladaq ki, ermənilər dördgünlük savaş zamanı 93 itki verdiklərini, 101 əsgərin isə yaralandığını rəsmən açıqlayıb. Ancaq aprelin 5-dən başlayaraq, hər gün 1-2 erməni əsgərinin öldüyünü bildirməklə, əslində, itkilərini tədricən ictimaiyyətə bəyan edirlər.

Erməni mediası dördgünlük savaşda 322 əsgər itirdiklərini, 1000 nəfərə qədər isə yaralılarının olduğunu, xəstəxanaların yaralıları, morqların isə meyitləri tutmadığını açıqlamışdı. Maraqlıdır ki, bir gün sonra sözügedən materiallar erməni saytlarından götürülmüşdü.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ərdoğan Bakıya gəldi

%d bloqqer bunu bəyənir: