Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dörd zabit birləşib bir polisi döydü

“Aykakan jamanak” qəzetinin iddiasına görə, insident qondarma Dağlıq Qarabağ ordusunda baş verib.

Ermənistan ordusunun dörd zabiti hərbi polisin əməkdaşını döyüb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, hücum edən hərbçilər saxlanılıb.

Hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. İstintaq komitəsi davanın niyə və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

“Aykakan Jamanak” qəzeti isə insidentin qondarma Dağlıq Qarabağ ordusunda baş verdiyini iddia edir. Qəzetin məlumatına görə, “ordunun” mayoru Ararasın Zaxaryan, leytenant L.Saakyan, baş leytenant K.Martirosyan, leytenant T.Anaxasyan Hərbi polisin əməkdaşı Andranik Matevosyanı döyüblər.

Davaya səbəb isə Andranik Matevosyanın zabitlərin avtomobilini saxlamasıdır. Polis hərbçiləri avtomobili yüksək sürətlə idarə etdikləri üçün saxlanılıb. Avtomobili saxlayan hərbi polisin əməkdaşı onları yanına çağırıb. Amma 4 zabit onun bu hərəkətindən əsəbləşib. Sonra onlar arasında dava olub.

Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Gəncədə maşın avtobusdan düşən 5 yaşlı uşağı vurub

%d bloqqer bunu bəyənir: