Donald Tramp vitse-prezidentin adını açıqladı

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp vitse-prezident postuna İndiana qubernatoru Mayk Pensin namizədliyini irəli sürüb.

Modern.az saytı xəbər verir ki, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Məmnunluqla bildirirəm ki, qubernator Mayk Pensi vitse-prezident postuna namizəd seçdim. Bununla bağlı mətbuat konfransı keçiriləcək”, D.Tramp yazıb.

Qeyd edək ki, tanınmış radio-aparıcı və siyasətçi, irland əsilli Mayk Pens 2010-cu ildə İndiana ştatının qubernatoru seçilib.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

55 yaşındakı nənə üçəm dünyaya gətirib- FOTO

%d bloqqer bunu bəyənir: