Now Reading:
Donald Tramp ucbatından ABŞ-Rusiya gərginliyi davam edir
Full Article 40 second read

Donald Tramp ucbatından ABŞ-Rusiya gərginliyi davam edir

Uzun bir vaxtdan sonra ABŞ-ın prezident seçkiləri və siyasətinə Rusiya (Rusfobiya) yenidən damğa vurur.


Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, iki gün əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Demokratik Milli Komitənin ələ keçirilən və mətbuata sızdırılan e-mailləri ilə əlaqədar Rusiyanı ironik bir şəkildə vəzifəyə çağırmasına ABŞ mediası və Demokratlar Partiyası sərt reaksiya verib.
Demokratlar tərəfindən Rusiyadan və Putindən dəstək almaqda günahlandırılan D.Tramp Rusiyanı əlindəki e-mailləri açıqlamağa çağırmışdı.
Məlumata görə, D.Tramp bu mesajı ABŞ-ın hazırki prezidenti Barak Obamanın “Rusiya prezident seçkilərimizə təsir etməyə çalışır” deməsindən sonra yayınlamışdı.
Kreml rəsmiləri isə əllərində e-maillərin olmasına dair xəbərləri yalanlayır.
Kreml sözçüsü Dimitri Peskov “E-maillərin ələ keçirilməsinin arxasında Rusiyanın olduğunu düşünmək axmaqlıqdır” – deyə bildirərək, D.Trampın Rusiyaya qarşı mülayim sözlərinin onun bitərəf siyasətindən qaynaqlandığını vurğulayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: