Advertisements
24 saat

Donald Tramp: “Putin Obamaya hörmət etmir”


Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obamaya hörmət etmir.

CNN-in verdiyi xəbərə görə, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib. “Putin Obamaya heç hörmət etmir. Əvvəla, Obama onun xoşuna gəlmir, ikincisi isə Putin Obamaya tamamilə hörmət etmir. Düşünürəm ki, seçildiyim halda Putin mənə hörmətlə yanaşacaq. Ümidvaram ki, onun xoşuna gəlirəm”, – deyə D.Tramp bildirib.

D.Tramp həmçinin bir sıra ABŞ KİV-lərinin onun Rusiyada biznesinin olduğu barədə məlumatı təkzib edib: “Dəfələrlə demişəm, indi də təkrarlayıram – məni Rusiya ilə heç nə bağlamır”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: