Now Reading:
Donald Tramp böyük vergi güzəştləri vəd edib
Full Article 50 second read

Donald Tramp böyük vergi güzəştləri vəd edib



ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp bəyan edib ki, seçilsə, biznes və fiziki şəxslər üçün vergilərin radikal şəkildə azaldılmasını təklif edəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə iqtisadi proqramını açıqlayarkən danışıb.

Məsələn, D.Trampın planlarına iş adamlarının ödədiyi mənfəət vergisinin dərəcəsinin 35%-dən 15%-ə endirilməsi daxildir. Bundan başqa, o, gəlir vergisi ödəyən fiziki şəxslərin 3 vergi dərəcəsi kateqoriyasına (10%, 20%, 25%) bölünməsini, valideynlərdən qalmış mirasın vergidən tamamilə azad edilməsini, uşaqların təhsili ilə bağlı xərclərə görə vergi tutulmamasını istəyir.

D.Trampın seçki qərargahında hesab edirlər ki, namizədin təklif etdiyi vergi islahatları büdcə gəlirlərini 40 il ərzində 6 trilyon dollara çatdırmağa imkan verəcək. Namizədin Demokrat Partiyasından olan rəqibləri isə bu qənaətdədir ki, respublikaçıların vergi planları reallaşsa, 10 ilə ABŞ-ın 10 trilyon dollar əlavə borcu yaranacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: