Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dollarlaşma azalmayıb, iqtisadiyyat kiçilib

«Valyuta əməliyyatlarının həcminin azalması təbiidir»

Statistik rəqəmlər ölkə iqtisadiyyatının nə dərəcədə acınacaqlı durumda olduğunu göstərir. Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi may ayının 1-nə 81,7% təşkil edib. Keçən ay bu göstərici 80,8% olub. Ilin əvvəli əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 70,9% təşkil edib.

Cəmi depozit bazasında may ayının 1-nə dollarlaşma dərəcəsi 80,8% olub. Keçən ay bu göstərici 81%, ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövrü isə 73,4% olub.

Kreditlərin strukturunda may ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. Aprelin 1-nə bu göstərici 49%, ilin əvvəli isə 49,4% olub. Keçən ilin analoji dövründə kreditləşmədə dollarlaşma dərəcəsi 41,6% təşkil edib.

Ümumiyyətlə, kreditlərin strukturunda dollarlaşma dərəcəsinin keçən ilin analoji dövrü ilə müqayisədə artması devalvasiya nəticəsində xarici valyutada kreditlərin dəyərinin manat ekvivalentində artması ilə izah olunur. Ilin əvvəli ilə müqayisədə isə dollarlaşmanın tədricən azalması “üzən məzənnə” səbəbindən xarici valyutada kreditlərin mümkün qədər tez bağlanması istəyindən irəli gəlir.

Dollarla əməliyyatların azalmasını qələbə kimi təqdim etməyə çalışan hökumət bəzi reallıqları unudur. Çünki dollarlaşmanın azalması iqtisadiyyatın kiçildilməsinin nəticəsi sayıla bilər.

Iqtisadçı Samir Əliyev vurğuladı ki, valyuta əməliyyatlarının həcminin azalması təbiidir. Çünki 2015-ci ildə iqtisadiyyatın tam dollarlaşmadığını deyən S.Əliyev bildirdi ki, insanlar əllərindəki vəsaitləri tam dollara çevirməmişdilər. Amma devalvasiyadan sonra iqtisadiyyatda dollarlaşma səviyyəsi özünün yüksək həddinə çatmışdı: “Əmanətlərdə dolların payı hazırda ona görə azalır ki, əmanətləri geri çəkirlər. Amma buna baxmayaraq əmanət qoyuluşunda 80, kredit qoyuluşunda isə dolların payı 60 faizdən yüksəkdir. Dollarlaşma ilə əməliyyatların azalması valyutadəyişmə məntəqələrinin bağlanmasıdır. Amma hazırda valyutadəyişmə məntəqələrini qara bazar əvəz edir. Bu isə o deməkdir ki, müəyyən həcmdə dollar ölkədən yenə çıxarılır. Yaxın zamanlarda dollar alış-verişinin sürətlə artması görünmür. Amma bankların xarici borcu qaytarmaq zərurətinin fonunda alğı-satqı yenidən aktivləşə bilər”.

azadliq.info

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Əhali bank kreditlərinin əlində aciz qalıb

%d bloqqer bunu bəyənir: