Advertisements
24 saat

Dollarla krediti olanların nəzərinə: Manatla ödəyin


“İndiki vəziyyət borclular üçün yox, daha çox banklar üçün təhlükəlidir”.

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov problemli kreditlərlə bağlı son durumu şərh edərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, problemli dollar kreditləri ilə bağlı ciddi bir dəyişiklik olmayıb:”Banklar güzəştlərə getmirlər. Amma bir sıra banklar son dövrlər müştərilərə təklif edirlər ki, indiki məzənnə ilə dollar kreditlərini milli valyutaya çevirək. Bizə çoxsaylı müraciətlər olur ki, bu təkliflə razılaşaqmı? Mən məsləhət verirəm ki bu təklifə getsinlər. Çünki hər bir halda borcun dollarda qalması təhlükəlidir. Çünki dolların kursu artmaqda davam edir. Heç olmasa indiki məzənnə ilə milli valyutaya çevirsinlər. Amma müştərilər bilməlidir ki, kreditləri milli valyutaya çevirdikdən sonra da banka qarşı haqlı tələblərini edə bilərlər”.

Ekspert bildirib ki, indiki vəziyyətdə həm sadə vətəndaşlar, həm də sahibkarların əksəriyyəti banka borclarını ödəmirlər:”Buna görə də milli valyutaya çevirməyə ehtiyac görmürlər. Bildirirlər ki, dollar neçə olur-olsun onlar krediti ödəmir. Bankların vəziyyəti buna görə ağırlaşıb. Ona görə indi təklif edirlər ki, dolları milli valyutaya çevirək ödəyin. Əvvələr heç buna da getmirdilər. Vətəndaşlar xahiş edirdi ki, indiki məzənnə ilə də olsa krediti milli valyutaya çevir, amma banklar buna getmirdi. İndi əksinə banklar özü təklif edir”.

Əkrəm Həsənov qeyd edib ki, indiki vəziyyət borclular üçün yox, daha çox banklar üçün təhlükəlidir: “Çünki krediti ödəməmək prosessi kütləviləşib. Bunun günahkarı da bankların özüdür. Vaxtında güzəşt etsəydilər bu problemlər olmazdı. Etiraf etmək lazımdır ki vətəndaşların da bu sahədə biliyi arıb. Onlar bilirlər ki banklar heç nə edə bilməyəcək. Buna görə də əvvəlki qorxu yoxdur”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: