Advertisements
24 saat

Dolların məzənnəsi dəyişmədi, funt-sterlinq və avro ucuzlaşdı


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 18-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8128 manatdan 1,8108 manata düşüb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0263 manatdan 0,0265 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5055 manatdan 0,5059 manatadək artıb.

Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1200 manatdan 2,1089 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6878 manatdan 0,6871 manatadək azalıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: