Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dollar-manat

Dolların gələn il üçün məzənnəsi açıqlandı: neçə manat olacaq?

Azərbaycanda ABŞ dollarının məzənnəsi ilə bağlı qeyri-müəyyənlik davam edir. İndiyədək mövcud olan ənənənin əksinə olaraq, 2017-ci ilin dövlət büdcəsi layihəsində də gələn il üçün dolların məzənnəsi ilə bağlı təqribi məzənnə açıqlanmayıb.

Əvəzində bu məlumat başqa mənbədən açıqlanıb.

Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov gələn il Fonddan büdcəyə transferin 3,5 miyard dollar olduğunu açıqlayıb.

2017-ci il üzrə büdcə haqqında qanunda Dövlət Neft Fondundan büdcəyə köçürmələrin məbləği manatla göstərilib və bu, 6,1 milyard manatdır.

Beləliklə, hesablama nəticəsində belə bir qənaətə gəlmək olar ki, gələn il dolların manata olan məzənnəsi 1,74-dən aşağı olmayacaq. Söhbət rəsmi məzənnədən gedir.

Qeyd edək ki, hazırda dolların rəsmi məzənnəsi 1,72 manat ətrafındadır. Bəzi proqnozlarda ilin sonunadək bu rəqəmin 1,85-1,90 manat olacağı bildirilir.

Qeyd edək ki, qarşıdakı illərdə neft gəlirlərinin azalması ilə əlaqədar olaraq Neft Fondundan büdcəyə transferlərin getdikcə azalmasının şahidi olacağıq. Buna görə də manatın möhkəmlənməsi üçün hökumət neft amilindən asılılığın azaldılması üçün alternativlər üzərində çalışır. (Fins.az)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Azərbaycanda bananın ucuzlaşma səbəbi – AÇIQLANDI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: