24 saat

Dolları ən ucuz və baha satan banklar – SİYAHI

Azərbaycan Mərkəzi Bankı (AMB) USD/AZN məzənəsini aşağı saldıqdan sonra kommersiya bankları da dolların alış və satış qiymətlərini aşağı salırlar.

“Marja” xəbər verir ki, bu gün dolları “Amrahbank” 1,6760 manata, “Azərbaycan Sənaye Bankı” 1,6800 manata, “Azərtürkbank” isə 1,6980 manata satır. Bu banklar dolları ən ucuz satan banklardır.
Digər banklarda dolların satış qiyməti 1,70 manat səviyyəsindən yuxarıdır. Dolları ən baha alan banklar isə “AtaBank” (1,6550), “Unibank” (1,6500) və “Amrahbank”dır (1,6500). Digər banklar 1 dolları 1,62-1,64 manat səviyyələrində alırlar.
Qeyd edək ki, sentyabrın 14-ü üçün USD/AZN məzənnəsi 1,6390 manat səviyyəsində elan olunub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: